12px13px15px17px
Tarix:25/09/13

“Vikipediya” genderlər arasındakı say fərqini aradan qaldıra bilmir

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) dəstəyi ilə Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyası tərəfindən icra edilən “VikiHərəkat” çərçivəsində “http://viki.agta.az/”  saytı bu dəfə  gender məsələsinə toxunub. Belə ki, “Vikipediya”da məqalələri yeniləyənlərin ancaq 20 faizi qadınlardır və istefaya çıxmış icraçı direktor bu qeyri-bərabərliyi aradan qaldıra bilməməsindən gileylənir. Saytın məlumatına görə, “Vikipediya”nın ingilis versiyasında “abortion” (abort) sözünü axtarsanız, qarşınıza “abortion-rights movements” adlı səhifə çıxacaq. Bu məqalə yarandığı gündən bəri 40 dəfə redaktə olunub – əsasən də kişilər  tərəfindən. “Gənclər hamiləliklə bağlı  həmin məqaləni müzakirə edirlər?” sualını
“Vikipediya” dünyası daxilində genderlər arasındakı say fərqini yoxlamaq tapşırığı verilən Vikipediya Fondunun 32 yaşlı keçmiş üzvü Sarah Stirç sualla qarşılayıb: “Zarafat edirsiniz?” Təcavüzlə bağlı  məqalələr üzrə də analoji vəziyyətin olması araşdırmanı aparanları belə bir qənaətə gətirib: doğrudan da, “Vikipediya”da əksər mövzularda kişilər ağalıq edirlər. Ən böyük virtual ensiklopediyada qadınlarla əməkdaşlığın çatışmazlığı “Vikipediya”nın Honkonqda keçirilən builki konfransında da əsas mövzulardan olub.

Stirç 2011-ci ildə “Vikipediya”, “VikiMedia Commons” və “VikiLüğət”in də daxil olduğu 13 qeyri-kommersiya layihəsini işlədən və 150 nəfərlik İşçi qrupuna sədrlik edən VikiMedia Fondunun İdarə Heyətinin sədri Syu Qardner tərəfindən təşkilata cəlb edilib. Təşkilatın ən yüksək nüfuza malik qadını olan Qardner dünən fondu tərk edəcəyini təsdiqləyib. Beləliklə, virtual ensiklopediyada say fərqi məsələsi həll olunmamış qalır: “Mən bunu həll etmədim. Biz bunu həll etmədik. VikiMedia Fondu bunu həll etmədi”.

Ümumiyyətlə, 2007-ci ildə işi qəbul edən Qardnerin həmin ilin sonlarında Taybeydə “Vikiqadın toplantısı”na qədər “Vikipediya” dünyasında gender say fərqinin olması barədə heç bir təsəvvürü yox idi. O, hər 400 istifadəçidən yalnız 11-nin qadın olduğunu və onların içində sadəcə 1 valideynin olduğunu öyrənəndə  təəccüblənmişdi. Builki “Vikimania” təşkilatçılarının məlumatına görə, iyulda 30 qadın qeydiyyatdan keçib ki, bu da onlayn qeydiyyatların ancaq 20.9 faizini təşkil edir. Qardner bildirib ki, qadınların çox az boş vaxtı olur, amma həmin boş vaxt ərzində də onlar “Vikipediya”da redaktə etmək əvəzinə başqa sosial fəaliyyətlərlə məşğul olmağa meyillidirlər: “Qadınlar texnologiyanı əyləncəli bir şeydən daha çox hər hansı tapşırığı yerinə yetirmək üçün vasitə olaraq görürlər”.
Problemin həllinə çalışan VikiMedia Fondu virtual ensiklopediyada qadınların iştirakını artırmaq üçün müxtəlif yolları sınaqdan keçirib. Fond tərəfindən “Vizual Redaktor” –istifadəçilərə faydalı redaktə aləti təkmilləşdirilib və qadınların işlədiyi qalereya, kitabxana, arxiv və muzeylərin yaradılmasını hədəf tutan “GlamWiki” yaradılıb. Qardner hətta gender məsələləri ilə bağlı məqalə də yazıb. Ancaq bütün bunlar çox az fayda verib.

““Vikipediya”da qadın alimlər haqda yalnız 1500 məqalə var. Qadın alimlərin təxminən yarısı haqqında heç bir məqalə yoxdur”, - Çikaqoda Loyola Universitetində təhsil alan 19 yaşlı Emili Templ Vud deyib.
O, “Vikipediya”da qadın alimlər haqqında orta məktəbdə oxuyandan bəri yazır.
Qardnerin bu vəzifədən çıxması və davamçısının kişi olacağı ehtimalı bəzi qadın vikipediyaçıları narahat edir. Onlar Qardnerin təsiri olmadıqda və bir qadın olaraq məsələdən uzaqlaşdıqda gender say fərqinin böyüyəcəyindən qorxurlar. Qardner özü isə bununla razılaşmır. O, bunu “Hər kəsin rol oynamalı olduğu bir missiya” kimi görür.
 
Həqiqət İSABALAYEVA





Baxış sayı: 820

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024