12px13px15px17px
Tarix:25/09/13

Avropa Komissiyası ABŞ ilə məlumat mübadiləsinə dair sazişin ləğv olunmasını istəyir

Avropa İttifaqının siyasi xadimləri ABŞ Milli Təhlükəsizlik Agentliyi (MTA) tərəfindən bir qrup Avropa hökumət nümayəndələrinin telefon danışıqlarının dinlənilməsi ilə bağlı yaranan qalmaqaldan sonra ABŞ ilə imzalanan məlumat mübadiləsinə dair genişformatlı sazişin ləğv olunmasına təkid edirlər. Belə ki, “TFTP” və “Terrorist Finance Tracking Program” adlanan proqram ABŞ Maliyyə Nazirliyinə “SWIFT” beynəlxalq bank məlumatları mübadiləsi sistemi vasitəsilə Avropanın bəzi məlumatlarına çıxış imkanı verib.

Çərşənbə axşamı Avropa Parlamentinin bir qrup nümayəndəsi sazişi, o cümlədən ABŞ-ın hərəkətlərini kəskin tənqid edərək Birləşmiş Ştatların məlumatlardan sui-istifadə etməsini və bank kanalları vasitəsilə təkcə öz kəşfiyyat maraqları üçün deyil, həm də Avropanın yüksək vəzifə tutan iş adamları və siyasi xadimləri barədə məlumatlar əldə etməsini bəyan ediblər.  
Avropa Komissiyası yanında vətəndaş azadlıqları Komitəsi və komitənin ABŞ-dakı həmkarları irəli sürülən təşəbbüslə bağlı şərh verməkdən imtina edərək bildiriblər ki, bu faktlar öz təsdiqini tapacağı halda ABŞ kəşfiyyatı “SWIFT” üçün öz hüququndan sui-istifadə etmiş olacaq.  

Bununla yanaşı, Avropanın bir sıra nazirləri sistemin işini birtərəfli qaydada bağlamağı təklif ediblər. Danimarkanın daxili işlər naziri Sesiliya Malstrem qeyd edib ki, onun rəhbərlik etdiyi nazirlik sentyabrın 12-də ABŞ Maliyyə Nazirliyinin katibi Devid Koenə vəziyyəti şərh etməsi xahişi ilə məktub ünvanlasa da, ondan hələ ki cavab ala bilməyib.

Avropa İttifaqının polis qurumu “Europol”un direktoru Rob Veynrayt bildirib ki, hazırda onlarda MTA-nın “SWIFT”in məlumat bazalarına birbaşa və ya məhdudiyyətsiz çıxış imkanını təsdiq edən informasiya yoxdur, - “Cybersecurity”www.cybersecurity.ru yazır.



Baxış sayı: 616

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024