12px13px15px17px
Tarix:25/09/13

Braziliya Prezidenti BMT-ni internetin tənzimlənməsi üzrə yeni sistem hazırlamağa çağırıb


Braziliya Prezidenti Dilma Ruseff internetin tənzimlənməsi üzrə beynəlxalq normaların hazırlanması təşəbbüsü ilə çıxış edib. 

Prezidentin sözlərinə görə, internetdə yazışmaların tənzimlənməsi üçün BMT-nin insan hüquqlarının qorunmasına dair qətnaməsinə əsaslanan qanunvericilik normaları sisteminin işlənib hazırlanması lazımdır. Bu sistemin əsasını BMT-nin 2012-ci ildə qəbul etdiyi və insanların adi həyatda malik olduqları bütün hüquqların onlayn mühitdə də eyni dərəcədə qorunmasını təsdiq edən qanun təşkil etməlidir.  

“Bir ölkə vətəndaşlarının hüquqları digər ölkə vətəndaşlarının fundamental hüquqlarının pozulması yolu ilə qoruna bilməz. Bu gün dünyada elektron casusluqla məşğul olan qlobal şəbəkə yaradılıb”, - Dilma Ruseff bəyan edib. 

Qeyd edək ki, sentyabrın ortalarında Braziliya Prezidenti ölkənin nəhəng internet şirkətlərinə yerli istifadəçilərlə bağlı bütün məlumatları müstəsna olaraq ölkə daxilində yerləşən serverlərdə saxlamağı təklif edib. Prezidentin fikrincə, məlumatların Braziliya serverlərinə köçürülməsi onlara yerli qanunvericilik çərçivəsində nəzarətə imkan verəcək, eləcə də Braziliya istifadəçilərini ABŞ-ın xüsusi xidmət orqanları tərəfindən izlənməsindən qorumağa kömək edəcək.

ABŞ Milli Təhlükəsizlik Agentliyi (MTA) tərəfindən Braziliya vətəndaşlarının, eləcə də Braziliya Prezidentinin elektron yazışmalarının izləməsi ilə bağlı məlumatı Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı Edvard Snouden tərəfindən açıqlanan sənədlər əsasında əldə etmək mümkün olub. E.Snoudenin mətbuata ötürdüyü məlumatda deyilib ki, ABŞ xüsusi xidmət orqanları Dilma Ruseffin Meksika Prezidenti Enrike Penya Heto ilə apardığı elektron yazışmanı ələ keçirərək emal edir.

Keçmiş ABŞ kəşfiyyatçısının açıqladığı məlumat ABŞ-Braziliya münasibətlərinin gərginləşməsinə səbəb olub. Qalmaqala görə Braziliya Prezidentinin oktyabrın 23-də ABŞ-a nəzərdə tutulan səfəri təxirə salınıb, eləcə də iki ölkənin bir sıra hərbi sazişlərin imzalanması üzrə danışıqları dayandırılıb, - “Lenta” www.lenta.ru yazır. 
 



Baxış sayı: 731

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024