12px13px15px17px
Tarix:26/09/13

ADİU-nun 4 saylı tədris korpusunda “Wi-Fi” sistemi quraşdırılıb

Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) 4 saylı tədris korpusu əsaslı yenidənqurmadan sonra fəaliyyətə başlayıb.

ADİU-dan verilən məlumata görə, tədris korpusu optik kabellə universitetin əsas binası və serveri ilə birləşdirilib. Bütün auditoriyalar kabel interneti və “Wi-Fi”  ilə təmin olunmuş, interaktiv üsulla dərs keçmək üçün 46 auditoriyada diaproyektorlar, multi-sistemlər, koridor və auditoriyalarda isə audio sistemlər quraşdırılıb.

Binada 80 nəfərlik test üsulu ilə imtahan vermək üçün xüsusi otaq yaradılıb, tələbə və müəllimlər üçün yeməkxana və mətbəx müasir dizaynla yenidən qurulub.

Tələbə və müəllimlərin rahatlığını təmin etmək üçün bütün partalar və mebellər yenilənib. Akt zalı, tibb məntəqəsi, idman zalı, konfrans zalı, şahmat klubu, aerobika zalı və istilikxana tamamilə müasir tələblər səviyyəsinə gətirilib.

CAHANGİR
 
 



Baxış sayı: 858

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024