Tarix:11/08/11
Araşdırmalar göstərib ki, bazarın istehlak və korporativ seqmentlərinin ənənəvi brendlərə meyilliliyi davam edir. “İDS” şirkəti tərəfindən verilən məlumata görə, keçən il Azərbaycanda çap qurğuları bazarında 1,8% artım qeydə alınıb. 36,8 min printer və surətçıxarma qurğusu, o cümlədən 17,7 min şırnaqlı və 17,9 min lazer cihazları tədarük olunub. Bu texnikanın əsas həcmi dövlət və korporativ seqmentlərin (lazer cihazları) və ev təsərrüfatlarının (şırnaqlı cihazlar) payına düşür.
“İDC” şirkəti Azərbaycanın İT bazarını qiymətləndirdi
“İDC” şirkətinin məlumatına görə, Azərbaycanın fərdi kompyuter bazarı 11,4% artıb. Bu bazarda tədarüklər 158 mini ötüb. Bu rəqəmin 51,6%-ni stolüstü və 48,4%-ni isə mobil sistemlər təşkil edir. Fərdi kompyuter bazarının müsbət dinamikası fonunda noutbuk bazarında artım müşahidə olunub. Bununla yanaşı, mobil kompyuterlərin tədarükü 14,7% artıb. Bu artım əsasən fərdi istifadəçilərin hesabına baş verib. Desktop bazarında isə azalma müşahidə olunub. Belə ki, 2009-cu ilə nisbətən bazarın həcmi 6,2% azalıb. Kompyuter bazarında güclü yerli istehsalçıların mövcud olmasına baxmayaraq “HP” şirkəti 33,2% payla bazarda birinci yer tutur. Bazarda “HP”, “Acer” və “Toshiba” şirkətləri müvafiq olaraq ilk üçlüyü tamamlayır. Bu şirkətlərin noutbuk və desktop tədarüklərinin ümumi həcmi 50%-dən çoxdur.Araşdırmalar göstərib ki, bazarın istehlak və korporativ seqmentlərinin ənənəvi brendlərə meyilliliyi davam edir. “İDS” şirkəti tərəfindən verilən məlumata görə, keçən il Azərbaycanda çap qurğuları bazarında 1,8% artım qeydə alınıb. 36,8 min printer və surətçıxarma qurğusu, o cümlədən 17,7 min şırnaqlı və 17,9 min lazer cihazları tədarük olunub. Bu texnikanın əsas həcmi dövlət və korporativ seqmentlərin (lazer cihazları) və ev təsərrüfatlarının (şırnaqlı cihazlar) payına düşür.
Baxış sayı: 1105
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır