12px13px15px17px
Tarix:26/09/13

Azərbaycanlı alıcılar “iPhone 5S”, “iPhone 5C” smartfonlarını bu qiymətə əldə edə bilər

Məlum olduğu kimi, bu yaxınlarda “Apple” şirkəti səbirsizliklə gözlənilən iki yeni məhsulunu “iPhone 5S” və “iPhone 5C” smartfonlarını təqdim etdi. Sentyabrın 20-dən etibarən isə flaqman smartfonların "birinci dalğa" ölkələrində (ABŞ, Avstraliya, Kanada, Çin, Fransa, Almaniya, Yaponiya, Sinqapur və Böyük Britaniya) satışlarına başlanıldı.

Azərbaycanlı istehlakçılar da dünyanın diqqətində olan bu smartfonlara sahib olmaq üçün çox gözləməli olmadılar.

Artıq “iPhone 5S” və “iPhone 5C” smartfonlarını yerli alıcılar  “Alma Store” mağazalarından əldə edə bilərlər.

 “Alma Store” mağazalar şəbəkəsindən “ICTnews” elektron xəbər xidmətinə verilən məlumata görə, “iPhone 5S” – 999,  “iPhone 5C” isə  - 849 AZN-ə alıcılara təqdim edilir.
 



Baxış sayı: 664

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024