12px13px15px17px
Tarix:26/09/13

Çində mobil istifadəçilərin sayı 1,196 milyarda çatıb


Çin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən dərc olunmuş məlumatlara əsasən, avqust ayının yekununa görə mobil rabitə xidmət istifadəçilərinin sayı 1,196 milyard olub ki, bu da ötən ayla müqayisədə 0,88% və ötən ilin müvafiq dövrü ilə isə 11.51% çoxdur.

"ICTnews" elektron xəbər xidməti "cybersecurity.ru" saytına istinadən bildirir ki, ölkə əhalisinin 827,79 milyonu internetə mobil telefonlar vasitəsilə daxil olur. Hesabata əsasən, ölkədə mobil rabitənin nüfuzetmə səviyyəsi 87,1% təşkil edir.

Bundan başqa, Çində abunəçilərin 271,34 milyonu stasionar telefon rabitə xidmətlərindən istifadə edirlər ki, bu da ölkə əhalisinin təxminən 20%-ni təşkil edir.

Bu ilin avqustunda Çində mobil istifadəçilər 77,5 milyard SMS mesaj göndəriblər ki, bu da gündə orta hesabla 2,1 mesaj deməkdir və internet trafikin ümumi həcmi 117,6 terabayt təşkil edib.

Emil Hüseynov



Baxış sayı: 660

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024