Tarix:26/09/13
Dövlət qurumlarının təqdim etdikləri elektron xidmətləri cəmləşdirən vahid portalda (www.e-gov.az ) hələ də qeydiyyat keçməyənlər məsələni oktyabrın 15-nə qədər daha rahat şəkildə həll edə bilərlər. Bunun üçün həmin tarixə qədər “Bakı Expo” Sərgi Mərkəzində davam edəcək sərgidə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən ziyarətçilərə müvafiq şərait yaradılıb.
Belə ki, Azərbaycanın son 10 ildə əldə etdiyi uğurlara həsr olunmuş “Azərbaycan 10 ildə. Sosial-iqtisadi inkişaf: dövlət proqramlarının icrası” sərgisində ziyarətçilər yalnız şəxsiyyət vəsiqəsini təqdim etməklə “Elektron hökumət” portalında qeydiyyata düşə bilərlər.
Qeyd edək ki, “Elektron hökumət” - dövlət qurumları tərəfindən əhaliyə
xidmət göstərilməsinin yeni üsuludur. “E-hökumət” - vətəndaşlara dövlət tərəfindən verilən xidmətlərin elektron mühitdə təqdim edilməsi deməkdir. Burada dövlət xidmətləri vətəndaşa ən asan, ən qısa zaman ərzində çatdırılır. “E-hökumət” - müasir informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və elektron xidmətlərin göstərilməsinə şərait yaradır.
Xidmətlərin vahid portal üzərindən təqdim edilməsi hər birimizə vaxta qənaət, əlverişli, sürətli, keyfiyyətli, fasiləsiz, etibarlı, şəffaf, rahat xidmətlərdən faydalanmaq kimi üstünlüklər verir.
Həqiqət İSABALAYEVA
Həm ziyarət, həm ticarət - sərgidə bir sənədlə “Elektron hökumət” portalında qeydiyyatdan keçə bilərsiniz

Baxış sayı: 997
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır