12px13px15px17px
Tarix:27/09/13

“Firefox” “Flash”dan başqa bütün plaqinləri deaktiv edəcək

“Firefox” brauzerinin yeni versiyasında “Flash Player”dən başqa bütün plaqinlər (proqramın imkanlarını genişləndirən modullar) deaktiv ediləcək. İstifadəçi onları özü sərbəst şəkildə aktivləşdirməli olacaq.

“ICTnews” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki,  saytlardan hər hansı biri plaqin qoşulmasını tələb etsə, “Firefox”  istifadəçiyə seçim imkanı yaradan müvafiq dialoq pəncərəsini üzə çıxaracaq. Yalnız “Adobe Flash Player” istisnadır.

Ehtimal ki, “Mozilla” təhlükəsizliklə əlaqədar plaqinlərdən can;n; qurtarmaq istəyir.

Başqa brauzer istehsalçıları da plaqinlərlə mübarizə aparmağa başlayır. Məsələn, “Microsoft” şirkəti “Internet Explorer” (IE) brauzerinin plitka versiyasında onları tamamilə bloklayıb və “Google” şirkəti 2014-cü ildə “Chrome” üçün plaqinləri "məhv"ə başlamağa qərar verib.

Emil Hüseynov



Baxış sayı: 753

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024