Tarix:27/09/13
“Biz əminik ki, bu sövdələşmə strateji baxımdan məntiqli görünür və “PayPal”ın mobil distribüsiyada imkanlarını genişləndirir, habelə “Ebay” bununla bazardakı iri rəqibini uzaqlaşdırır”, - “RBC Capital Markets” şirkətinin analitiki Mark Maheyni bildirib.
Onun sözlərinə görə, “PayPal” hazırda mobil sahədə iştirakının genişlənməsi üçün fəal mübarizə aparır və perspektivli yeni layihələr axtararaq “Square” kimi servislərlə rəqabət aparmağa çalışır. Bu gün “Braintree” platforması “Airbnb” onlayn sifariş və “OpenTable” restoran servisləri tərəfindən istifadə olunur.
“Braintree” şirkəti 180-dən çox əməkdaşa malik olmaqla onlayn satıcılar üçün servislərin tədarükü ilə məşğul olur, ödəniş şlüzlərinin işini təmin edir, şəxsi billinq sisteminə və kredit kartları saxlancına sahibdir. Sazişin şərtlərinə əsasən, “Braintree” “PayPal” sistemi daxilində rəhbərliyini və öz platformasını müstəqil istiqamət kimi qoruyacaq.
“Ebay” nümayəndələri bildiriblər ki, sövdələşmənin cari ilin dördüncü rübündə başa çatması gözlənilir. Saziş şirkətin xalis gəlirinə mənfi təsir göstərəcək və bu göstərici illik hesablamada bir səhm üçün 1 sent azalacaq, - "Cybersecuritywww.cybersecurity.ru” yazır.
“Ebay” ödəniş platformasını genişləndirir
“Ebay” internet şirkəti “Braintree” ödəniş platformasını 800 milyon dollara satın almasını bəyan edib. Alış “Ebay”a məxsus “PayPal” ödəniş sisteminin mobil telefonlar və planşetlər seqmentində iştirakını gücləndirməyə imkan verəcək. “Braintree” ödəniş platforması istifadəçilərə mobil qurğular vasitəsilə ödənişləri həyata keçirməyə şərait yaradan “Venmo” əlavəsini buraxır.“Biz əminik ki, bu sövdələşmə strateji baxımdan məntiqli görünür və “PayPal”ın mobil distribüsiyada imkanlarını genişləndirir, habelə “Ebay” bununla bazardakı iri rəqibini uzaqlaşdırır”, - “RBC Capital Markets” şirkətinin analitiki Mark Maheyni bildirib.
Onun sözlərinə görə, “PayPal” hazırda mobil sahədə iştirakının genişlənməsi üçün fəal mübarizə aparır və perspektivli yeni layihələr axtararaq “Square” kimi servislərlə rəqabət aparmağa çalışır. Bu gün “Braintree” platforması “Airbnb” onlayn sifariş və “OpenTable” restoran servisləri tərəfindən istifadə olunur.
“Braintree” şirkəti 180-dən çox əməkdaşa malik olmaqla onlayn satıcılar üçün servislərin tədarükü ilə məşğul olur, ödəniş şlüzlərinin işini təmin edir, şəxsi billinq sisteminə və kredit kartları saxlancına sahibdir. Sazişin şərtlərinə əsasən, “Braintree” “PayPal” sistemi daxilində rəhbərliyini və öz platformasını müstəqil istiqamət kimi qoruyacaq.
“Ebay” nümayəndələri bildiriblər ki, sövdələşmənin cari ilin dördüncü rübündə başa çatması gözlənilir. Saziş şirkətin xalis gəlirinə mənfi təsir göstərəcək və bu göstərici illik hesablamada bir səhm üçün 1 sent azalacaq, - "Cybersecuritywww.cybersecurity.ru” yazır.
Baxış sayı: 664
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib