12px13px15px17px
Tarix:27/09/13

Məleykə Abbaszadə: “İnformasiya Texnologiya Universitetinə tələbələrin 90 faizi dövlət sifarişi əsasında qəbul olunub”

Bu tədris ilindən fəaliyyətə başlayan İnformasiya Texnologiya Universitetinə (İTU) tələbələrin 90 faizi dövlət sifarişi əsasında qəbul olunub. Bu fikri Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə qəbul kampaniyasının yekunları ilə bağlı keçirilən mətbuat konfransında deyib.
 
 
Qeyd edək ki, İnformasiya Texnologiyaları Universiteti (İTU) Azərbaycan Respublikası prezidentinin 1 fevral 2013-cü il tarixli sərəncamı ilə yaradılıb. İTU 2013/2014-cü tədris ilində bakalavr səviyyəsində dövlət sifarişi əsasında müvafiq ixtisaslar üzrə  mütəxəssis hazırlığı həyata keçirir. Bu ixtisaslara “İnformasiya təhlükəsizliyi”, “Kompüter elmləri”, “Kompüter mühəndisliyi”, “İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi” daxildir.
 
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 878

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024