12px13px15px17px
Tarix:27/09/13

“Google” axtarış sisteminin alqoritmini təkmilləşdirib

“Google” şirkətinin axtarış sisteminin işi “Hummingbird” adlı yeni alqoritmə keçirilib. Əslində sistem bir ay əvvəl yeni alqoritmlə  işləməyə başlayıb, lakin şirkət onun üstünlükləri haqqında yalnız indi danışmağa qərar verib.
 
“ICTnews” elektron xəbər xidməti “tech.onliner.by” saytına istinadən bildirir ki,  “Google”dan qeyd ediblər ki, “Hummingbird” alqoritminin tətbiqi axtarış sistemində 2010-cu ildən həyata keçirilmiş ən mühüm yenilikdir. Xatırladaq ki, 2010-cu ildə şirkət “Caffeine” texnologiyasını tətbiq edib. Sözügedən texnologiya axtarış sisteminin işinin sürətləndirilməsinə yönəlib, “Hummingbird” isə onun işini daha da “ağıllı” etməlidir.
 
Korporasiyadan bildirilib ki, yeni alqoritm mürəkkəb sorğuları daha yaxşı emal edir. O, ayrı-ayrı söz və söz birləşmələrini deyil, təbii sualları da emal edə bilir. “Google” şirkəti, həmçinin tezliklə “iOS” üçün axtarış xidmətini yeniləməyə söz verib.
 
Emil Hüseynov



Baxış sayı: 928

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024