Tarix:27/09/13
Şirkətin baş direktoru Riçard Şirerin verdiyi məlumata əsasən, ötən il "Bakcell"in bazar payında 36% artım müşahidə olunub.
"Bu il ötən il olduğu kimi, bazar payında və abunələrin payında artım müşahidə olunub, lakin il bitmədiyi və biz nəticələri yekunlaşdırmadığımız üçün dəqiq rəqəmləri hazırda deyə bilmərik. Abunələrin sayında artım olub və hazırda onların sayı 2,6 milyondan çox təşkil edir",- deyə o bildirib.
R. Şirerin sözlərinə əsasən, şirkət digər operatorlar tərəfindən Mobil Nömrələrin Daşınması sisteminin istifadəyə verilməsini səbirsizliklə gözləyir.
"Biz əminik ki, bu sistemin tətbiqi bizim fərdi və korporativ abunələrimizin sayının artmasına səbəb olacaq. Biz Mobil Nömrələrin Daşınması tətbiqini gözləyirik ki, tarif siyasətimizdə daha konkret addımlar ataq, çünki bizim çox ciddi planlarımız var", - deyə o qeyd edib.
“Bakcell” şirkətinin bazar payı artmaqda davam edir
Azərbaycanın ilk mobil rabitə operatoru olan "Bakcell" şirkətinin bazar payı bu il də artmaqda davam edib.Şirkətin baş direktoru Riçard Şirerin verdiyi məlumata əsasən, ötən il "Bakcell"in bazar payında 36% artım müşahidə olunub.
"Bu il ötən il olduğu kimi, bazar payında və abunələrin payında artım müşahidə olunub, lakin il bitmədiyi və biz nəticələri yekunlaşdırmadığımız üçün dəqiq rəqəmləri hazırda deyə bilmərik. Abunələrin sayında artım olub və hazırda onların sayı 2,6 milyondan çox təşkil edir",- deyə o bildirib.
R. Şirerin sözlərinə əsasən, şirkət digər operatorlar tərəfindən Mobil Nömrələrin Daşınması sisteminin istifadəyə verilməsini səbirsizliklə gözləyir.
"Biz əminik ki, bu sistemin tətbiqi bizim fərdi və korporativ abunələrimizin sayının artmasına səbəb olacaq. Biz Mobil Nömrələrin Daşınması tətbiqini gözləyirik ki, tarif siyasətimizdə daha konkret addımlar ataq, çünki bizim çox ciddi planlarımız var", - deyə o qeyd edib.
Baxış sayı: 672
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır