Tarix:27/09/13
Azərbaycanın ilk mobil rabitə operatoru “Bakcell” şirkətinin şəbəkəsindən istifadə edən abunələrin 50%-dən çoxu aktiv şəkildə daimi internetdən istifadə edirlər.
Şirkətin baş direktoru Riçard Şirerin “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, “Sür@t” internetindən istifadə edən istifadəçilərin sayı getdikcə artır.
“Artıq yerli mobil internet xidmətləri bazarında son nəsil texnologiyaları dəstəkləyən mobil qurğuların, smartfonların sayı artır və bir növ bizim tərəfdən təqdim edilən xidmətlərlə bazarda çıxarılan məhsullar arasında balans yaradılır. Buna görə biz yaxın gələcəkdə LTE şəbəkəsinin yaradılması haqda düşünəcəyik”,- deyə o bildirib.
R. Şirerin sözlərinə əsasən, hazırda “Bakcell” şəbəkəsində 2400-dən artıq baza stansiyası mövcuddur, onun 1000-dən çoxu “3G” texnologiyası üzərində qurulub.
“Bununla yanaşı, biz binadaxili sistemlərin avadanlıqların quraşdırılmasına sərmayələr qoyuruq və bu gün böyük binalarda, biznes mərkəzlərində bu avadanlıqlar quraşdırılır ki, yüksəkkeyfiyyətli internet xidmətlərindən istifadə etmək imkanı təmin edilsin. Bu il şəbəkənin inkişafına 70 milyon dollardan artıq sərmayə qoyulub. İnternet istifadəçilərinin sayı ilə yanaşı, onların istifadə etdikləri internetin həcmi də getdikcə artır, bu da növbəti, dördüncü nəsil internet xidmətlərinin bazasının yaranmasının göstəricisidir və artıq demək olar ki, bu xidmətlərə tələbat var”,- deyə o qeyd edib.
Aynur Vəliyeva
“Bakcell” şirkəti: “Azərbaycanın mobil internet bazarında yeni “4G” xidmətlərinə tələbat var”

Baxış sayı: 762
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır