12px13px15px17px
Tarix:28/09/13

“Bakcell” “Mobile Finance” xidmətini təqdim etməyə hazırlaşır


Azərbaycanın ilk mobil rabitə operatoru olan “Bakcell” şirkəti  gələn il “Mobile Finance” xidmətlərini istifadəyə verməyi planlaşdırır.

Şirkətin korporativ strategiya üzrə departamentinin rəhbəri Mark Zirkanın “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, bu xidmətin tətbiqi çox mürəkkəb bir prosesdir  və şirkət artıq onun təşkili ili bağlı işlərə başlayıb.

“Biz gələn ilin ikinci yarısında “Mobile Finance” xidməti təqdim etməyi nəzərdə tutmuşuq. Hazırda biz Mərkəzi Bank və bütün tənzimləyici orqanlarla danışıqlar aparırıq bu məsələ ilə bağlı.  Bu xidmətləri bir neçə platforma əsasında tətbiq etmək olar, yəni mobil proqram əlavələri, SMS, SSD əsasında”, - deyə o bildirib.

Qeyd edək ki, mobil maliyyə xidmətləri gələcəkdə abunəçilərə mobil telefon vasitəsilə bir çox ödənişləri həyata keçirməyə imkan verəcək bir servisdir.
 
Aynur Vəliyeva
 



Baxış sayı: 648

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024