Tarix:30/09/13
Müqayisə üçün qeyd edək ki, ötən il ərzində korporasiyaya 75 min belə sorğu daxil olub. Bu cür informasiyanın dərc edilməsi korporasiya tərəfindən "Law Enforcement Requests Report" təşəbbüsü çərçivəsində aparılır.
Hesabata əsasən, istifadəçilər haqqında məlumatların açıqlanması ilə bağlı sorğuların 75 faizi 5 ölkədən – ABŞ, Böyük Britaniya, Fransa, Almaniya və Türkiyədən daxil olub. "Microsoft" nümayəndələri qeyd edir ki, hesabatda yalnız ölkələr haqqında məlumat yer alıb.
Hesabatda deyilir ki, hökumət sorğuları "Microsoft"un təxminən 65 min akkauntuna aid olub, 77 faizinin isə mətnlər, foto və ya videoyazı kimi istifadəçi kontenti ilə əlaqəsi olmamaqla yalnız istifadəçilər haqqında ümumi məlumatı nəzərdə tutub. Ümumi məlumatlar sırasına IP, ad, soyad, təqdim olunan hesablar və insanın ünvanı daxildir. Sorğuların yalnız 2,2 faizi (təxminən 800 sorğu) bilavasitə istifadəçi kontentinə aid olub. Sorğuların 1 faizindən azı istifadəçi haqqında bütün informasiyanın açıqlanmasını tələb edib.
Sorğuların 19 faizi kommersiya hesabları ilə bağlı olduğu halda qalanları fərdi şəxslərin akkauntları ilə bağlıdır. Dörd halda "Microsoft" kommersiya məlumatlarını açıqlayıb və bu halların hamısı ABŞ ilə bağlı olub, - "Cybersecurity www.cybersecurity.ru" yazır.
Hökumətlər “Microsoft”dan daha çox fərdi hesaablarla bağlı məlumatlar tələb edir
Müxtəlif ölkələrin güc strukturları İT şirkətlərindən istifadəçilər haqqında böyük həcmli informasiya tələb etməkdə davam edir. Belə ki, "Microsoft" korporasiyası istifadəçi informasiyasının açıqlanması üçün rəsmi idarələrdən daxil olan sorğularla bağlı məlumatları dərc edib. Açıqlanan məlumata əsasən, bu il sorğuların həcmi 2012-ci illə müqayisədə azalmayıb. "Microsoft" bəyan edib ki, korporasiya 2013-cü ilin yanvarından iyunun sonunadək olan müddət ərzində istifadəçi məlumatlarının açıqlanması ilə bağlı 37 196 sorğu alıb.Müqayisə üçün qeyd edək ki, ötən il ərzində korporasiyaya 75 min belə sorğu daxil olub. Bu cür informasiyanın dərc edilməsi korporasiya tərəfindən "Law Enforcement Requests Report" təşəbbüsü çərçivəsində aparılır.
Hesabata əsasən, istifadəçilər haqqında məlumatların açıqlanması ilə bağlı sorğuların 75 faizi 5 ölkədən – ABŞ, Böyük Britaniya, Fransa, Almaniya və Türkiyədən daxil olub. "Microsoft" nümayəndələri qeyd edir ki, hesabatda yalnız ölkələr haqqında məlumat yer alıb.
Hesabatda deyilir ki, hökumət sorğuları "Microsoft"un təxminən 65 min akkauntuna aid olub, 77 faizinin isə mətnlər, foto və ya videoyazı kimi istifadəçi kontenti ilə əlaqəsi olmamaqla yalnız istifadəçilər haqqında ümumi məlumatı nəzərdə tutub. Ümumi məlumatlar sırasına IP, ad, soyad, təqdim olunan hesablar və insanın ünvanı daxildir. Sorğuların yalnız 2,2 faizi (təxminən 800 sorğu) bilavasitə istifadəçi kontentinə aid olub. Sorğuların 1 faizindən azı istifadəçi haqqında bütün informasiyanın açıqlanmasını tələb edib.
Sorğuların 19 faizi kommersiya hesabları ilə bağlı olduğu halda qalanları fərdi şəxslərin akkauntları ilə bağlıdır. Dörd halda "Microsoft" kommersiya məlumatlarını açıqlayıb və bu halların hamısı ABŞ ilə bağlı olub, - "Cybersecurity www.cybersecurity.ru" yazır.
Baxış sayı: 655
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır