Tarix:30/09/13
Azərbaycan dinamik inkişaf edən ölkədir, burada müasir infrastruktur layihələri həyata keçirilir, möhtəşəm binalar ucaldılır. Bu baxımdan dünyada dəbdə olan və enerjiyə qənaətcil “yaşıl bina” layihəsinin də respublikamızda tətbiqi məqsədəuyğun hesab edilib.
Azərbaycan Memarlıq və İnşaat Universitetinin kafedra müdiri, professor Fəqan Əliyevin sözlərinə görə, respublikamız böyük neft-qaz ehtiyatlarına malik olmasına baxmayaraq, elektrik enerjisinə qənaət edilməli, alternativ enerji mənbələrinə üstünlük verilməlidir. Yəni innovativ texnologiya əsasında inşa olunan binalar yayda istidən, qışda isə soyuqdan qorunmalıdır. Çünki bina insanların rahat yaşaması üçün bir məkandır.
Qeyd edək ki, “yaşıl bina” layihəsi Avropa ölkələrində daha çox yayılıb. Binanın enerji effektinin artırılmasına xidmət edən “yaşıl bina”da ekoloji cəhətdən təmiz tikinti materiallarından istifadə edilir və bütün kommunikasiya şəbəkəsi avtomatlaşdırılır.
Buraya ərazidə yaşıllıqların salınması, həmçinin alternativ enerjinin alınması üçün binada günəş batareyalarının quraşdırılması kimi məsələlər də daxildir.
RƏVAN
İnnovativ texnologiya əsasında inşa olunan binalar üçün “yaşıl bina” layihəsi

Baxış sayı: 2682
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır