Tarix:30/09/13
Belə ki, “Interbrand” konsaltinq agentliyinin reytinqinə əsasən, “Apple” brendinin dəyəri 98,315 milyard dollar təşkil edir ki, bu da bir il əvvəlki nəticəni 28 faiz üstələyir. Bu barədə agentliyin saytında yerləşdirilən məlumatda deyilir.
İkinci yeri dəyəri 93,291 milyard dollar qiymətləndirilən “Google” şirkəti tutub. Bu şirkətin göstəricisi 2012-ci ildən 34 faiz daha baha olub. Bununla yanaşı, “Coca-Cola” son 10 ildə ilk dəfə olaraq brendin dəyəri üzrə birinciliyi əldən verib, “Google” isə heç vaxt belə yüksəyə qalxmayıb.
Bu il ən bahalı brendlər onluğuna 6 İT şirkəti daxildir. Yuxarıda adları çəkilən “Apple” və “Google” ilə yanaşı, “IBM”, “Microsoft”, “Samsung” və “Intel” brendləri müvafiq olaraq 78, 60, 40 və 37 milyard dollar dəyərində qiymətləndirilib.
Qeyd edək ki, brend konsaltinqdə ixtisaslaşan “Interbrand” şirkəti 1974-cü ildə təsis olunub. Şirkətlərin brendlərinin dəyərinin qiymətləndirilməsi "Interbrand” agentliyinin şəxsi metodikası üzrə aparılır, - "Digit www.digit.ru” yazır.
“Apple” və “Google” dünyanın ən bahalı brendləri siyahısına başçılıq edir
“Apple” və “Google” şirkətləri ötənilki qalib “Coca-Cola” şirkətini üçüncü yerə sıxışdıraraq dünyanın ən bahalı brendləri siyahısına başçılıq etməyə başlayıb.Belə ki, “Interbrand” konsaltinq agentliyinin reytinqinə əsasən, “Apple” brendinin dəyəri 98,315 milyard dollar təşkil edir ki, bu da bir il əvvəlki nəticəni 28 faiz üstələyir. Bu barədə agentliyin saytında yerləşdirilən məlumatda deyilir.
İkinci yeri dəyəri 93,291 milyard dollar qiymətləndirilən “Google” şirkəti tutub. Bu şirkətin göstəricisi 2012-ci ildən 34 faiz daha baha olub. Bununla yanaşı, “Coca-Cola” son 10 ildə ilk dəfə olaraq brendin dəyəri üzrə birinciliyi əldən verib, “Google” isə heç vaxt belə yüksəyə qalxmayıb.
Bu il ən bahalı brendlər onluğuna 6 İT şirkəti daxildir. Yuxarıda adları çəkilən “Apple” və “Google” ilə yanaşı, “IBM”, “Microsoft”, “Samsung” və “Intel” brendləri müvafiq olaraq 78, 60, 40 və 37 milyard dollar dəyərində qiymətləndirilib.
Qeyd edək ki, brend konsaltinqdə ixtisaslaşan “Interbrand” şirkəti 1974-cü ildə təsis olunub. Şirkətlərin brendlərinin dəyərinin qiymətləndirilməsi "Interbrand” agentliyinin şəxsi metodikası üzrə aparılır, - "Digit www.digit.ru” yazır.
Baxış sayı: 811
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır