12px13px15px17px
Tarix:30/09/13

Rusiyada mobil texnologiya beynəlxalq konfransda müzakirəyə çıxarılacaq

Cari il noyabrın 21-22-də Rusiyanın Sankt-Peterburq şəhərində onuncu “Mobile VAS & Applications” beynəlxalq konfransı və “Mobile Trends” Forumu keçiriləcək. Qeyd edək ki, hər il keçirilən bu konfransda dünyanın 20 ölkəsindən 500-dən çox startapçı, İKT mütəxəssisi iştirak edir. Eyni zamanda, ekspertlər, mobil sənayenin analitikləri, mobil, investisiya və telekommunikasiya şirkətlərinin nümayəndələri, məşhur mobil əlavələrin (proqramların) istehsalçıları özlərinin təqdimatları ilə çıxış edirlər.
 
 
Onuncu konfransda mobil sahənin əsas sualları, problemləri ətrafında müzakirələr və dinləmələr aparılacaq. Nümayəndələr mobil paylanma və mobil reklam problemlərini, mobil oyunlar və rəqəmli məzmun bazarında son tendensiyaları, mobil əlavələr (proqramlar) və dünyada onların pula çevrilməsi modellərini iştirakçıların müzakirəsinə təqdim edəcək.
 
 
Bununla yanaşı, konfrans çərçivəsində mobil layihələrin sərgisi keçiriləcək.  Tədbir istehsalçılara şəxsən naşirlərlə və investorlarla danışmağa, partnyorları tapmağa, peşəkarların fərdi konsultasiyasını almağa icazə verəcək. Üstəlik, təşkilatçılar startapçılara öz layihələrinə investisiya cəlb etmələri üçün geniş imkanlar yaradacağını bildiriblər.
 
 
Qeyd edək ki, bu il ilk dəfə olaraq konfrans çərçivəsində “Mobile Trends” forumu keçiriləcək. Forumun proqramına mobil sənayenin inkişafını müəyyən edən aktual tendensiyalar, hadisələr və ən yaxın perspektivdə cəmlənəcək məsələlər daxil edilib. Forumun iştirakçıları “riskli investisiyalar və startapların dəstəyi məsələlərini, “NFC”-ödənişlər sahəsində praktik balaca çamadanlar və ən yeni hazırlamaları, yeni mobil interfeyslər və qurğular ətrafında müzakirələr aparacaq.
 
 
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, Azərbaycandan da bu tədbirlərə böyük maraq var. Ölkənin gənc və uğurlu  startapçıları sözügedən konfrans və foruma qatılacaqlarını və ölkəmizi layiqincə təmsil edəcəklərini qeyd ediblər.
 
SEYMUR
 



Baxış sayı: 753

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






29 Mart 2024

28 03 2024