Tarix:11/08/11
Qeyd edək ki, bu müsabiqə çərçivəsində 82 qalib layihə müəyyənləşdirilib. Müsabiqə üzrə qalib layihələrin ümumi maliyyələşdirilmə həcmi 6 000 000 manat olub. Layihələrin müsabiqədən keçməsi barədə Elmin İnkişaf Fondunun qərarının qəbul edildiyi gündən etibarən üç ay ərzində elmin İnkişafı Fondunun icraçı direksiyası ilə layihə rəhbəri arasında layihənin yerinə yetirilməsi barədə lazımi sənədlər toplusu hazırlanmaqla müvafiq müqavilə bağlanacaq.
Qaliblər arasında Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutu da var. İnstitutun “Azərbaycan milli elmi informasiya resursları və elmi istinad indeksinin formalaşdırılması mexanizmlərinin işlənməsi” mövzusundakı layihəsinin icrasına 130 min manat ayrılıb. Bu layihə 2 il müddətində həyata keçiriləcək. AMEA İTİ-nin direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev fondun keçirdiyi müsabiqəni müsbət qiymətləndirib və rəhbərlik etdiyi institutun reallaşdıracağı layihənin mahiyyətindən d söz açıb. İnstitutun layihəsinin Azərbaycan cəmiyyətinin və elmi ictimaiyyətin marağına cavab verən mövzu olduğunu vurğulayan direktor, burada elektron elmin formalaşdırılmasının əsas xətt kimi götürüldüyünü qeyd edib: “Burada əsas məqsəd Azərbaycan alimlərinə açıq informasiya resurslarını Azərbaycana gətirmək, ölkədə lazımi informasiya resurslarını yaratmaq və onları alimlərə təqdim etmək, onların materiallarını bir yerə toplamaq, provayder kimi dünyaya çatdırmaq bizim məqsədimizdir. İkincisi isə, bu resurslar formalaşarsa resursların içərisində jurnalların elektron versiyası olacaqsa, bu o deməkdir ki, artıq Azərbaycan alimlərinin çap etdirdiyi məqalələr də bu mühitdə olacaqsa onların qiymətləndirilməsi məsələsi də mühümdür.
Bilirsiniz ki, dünyada ayrı-ayrı fəaliyyət növlərində olduğu kimi, elmi fəaliyyətin özündə də indikatorlar, ölçmə texnologiyaları, qiymətləndirmə texnologiyaları tətbiq olunmaqdadır. Qeyd etdiklərimin ümumi adı elmmetriyadır, yəni elmin özünün ölçülməsi texnologiyasını işləmək lazımdır. Dünyada belə bir mexanizm var. İnkişaf etmiş ölkələrin özlərinin ölçmə, qiymətləndirmə texnologiyaları, elmi məqalələri qiymətləndirən müxtəlif indeksləri mövcuddur. Bizim alimlər də orada iştirak edirlər. Azərbaycan elminin ümumi siyasətinin tərkibində elmi doktrinası, onun da özünün qiymətləndirilməsi statistikanı aparması, elmi araşdırmaları qiymətləndirmək, yəni həm kollektivin, həm fərdin, həm də başqa sahələrdə qiymətləndirmə mexanizmini işləyib hazırlamaq lazımdır. Çünki ölçü, qiymətləndirmə olmasa, səmərəli qərar qəbul etmək, idarə etmək olmur. Bütün bunları nəzərə alaraq, elektron elm mühiti yaratmaq məqsədi güdürük. Bu informasiya resurslarının arxasında da milli qiymətləndirmə mexanizmi olmalıdır. Bu layihə çərçivəsində bizim də qarşımıza qoyulan vəzifə ondan ibarətdir ki, Azərbaycanda milli informasiya strukturu formalaşdıraq və onun əsasında milli istinad indekslərinin işlənməsini, qiymətləndirməsini həyata keçirək. Bu layihə çərçivəsində alimlərimizin məqalələrini indeksləşdirmək, qiymətləndirmək, müəyyən reytinq cədvəllərinə gətirmək, bunun vasitəsi ilə də problemlərin həll vəziyyətinin qiymətləndirilməsinə nail olmağa çalışacağıq. Bütün bunlar elmin idarəçiliyinin səmərəsinin artırılması üçün çox gözəl əsas verəcək. Bir sözlə Elmin İnkişaf Fondunun müsabiqəsində qalib olan layihəmizdə əsas məqsədimiz açıq olan milli informasiya strukturunun formalaşdırılması və milli istinad indeksinin müəyyənləşdirilməsi üçün metodikanın hazırlanmasıdır. Çalışacağıq ki, bu istiqamətdə bütün səylərimizi birləşdirib qarşıya qoyulan məqsədə çataq”.
Yerli alimlərin məqalələri indeksləşdiriləcək
Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun elmi-tədqiqat proqramlarının, layihələrinin və digər elmi tədbirlərin maliyyələşdirilməsi məqsədilə qrantların verilməsi üzrə 2011-ci il üçün 1-ci müsabiqəsinin nəticələri artıq məlumdur.Qeyd edək ki, bu müsabiqə çərçivəsində 82 qalib layihə müəyyənləşdirilib. Müsabiqə üzrə qalib layihələrin ümumi maliyyələşdirilmə həcmi 6 000 000 manat olub. Layihələrin müsabiqədən keçməsi barədə Elmin İnkişaf Fondunun qərarının qəbul edildiyi gündən etibarən üç ay ərzində elmin İnkişafı Fondunun icraçı direksiyası ilə layihə rəhbəri arasında layihənin yerinə yetirilməsi barədə lazımi sənədlər toplusu hazırlanmaqla müvafiq müqavilə bağlanacaq.
Qaliblər arasında Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutu da var. İnstitutun “Azərbaycan milli elmi informasiya resursları və elmi istinad indeksinin formalaşdırılması mexanizmlərinin işlənməsi” mövzusundakı layihəsinin icrasına 130 min manat ayrılıb. Bu layihə 2 il müddətində həyata keçiriləcək. AMEA İTİ-nin direktoru, AMEA-nın müxbir üzvü, professor Rasim Əliquliyev fondun keçirdiyi müsabiqəni müsbət qiymətləndirib və rəhbərlik etdiyi institutun reallaşdıracağı layihənin mahiyyətindən d söz açıb. İnstitutun layihəsinin Azərbaycan cəmiyyətinin və elmi ictimaiyyətin marağına cavab verən mövzu olduğunu vurğulayan direktor, burada elektron elmin formalaşdırılmasının əsas xətt kimi götürüldüyünü qeyd edib: “Burada əsas məqsəd Azərbaycan alimlərinə açıq informasiya resurslarını Azərbaycana gətirmək, ölkədə lazımi informasiya resurslarını yaratmaq və onları alimlərə təqdim etmək, onların materiallarını bir yerə toplamaq, provayder kimi dünyaya çatdırmaq bizim məqsədimizdir. İkincisi isə, bu resurslar formalaşarsa resursların içərisində jurnalların elektron versiyası olacaqsa, bu o deməkdir ki, artıq Azərbaycan alimlərinin çap etdirdiyi məqalələr də bu mühitdə olacaqsa onların qiymətləndirilməsi məsələsi də mühümdür.
Bilirsiniz ki, dünyada ayrı-ayrı fəaliyyət növlərində olduğu kimi, elmi fəaliyyətin özündə də indikatorlar, ölçmə texnologiyaları, qiymətləndirmə texnologiyaları tətbiq olunmaqdadır. Qeyd etdiklərimin ümumi adı elmmetriyadır, yəni elmin özünün ölçülməsi texnologiyasını işləmək lazımdır. Dünyada belə bir mexanizm var. İnkişaf etmiş ölkələrin özlərinin ölçmə, qiymətləndirmə texnologiyaları, elmi məqalələri qiymətləndirən müxtəlif indeksləri mövcuddur. Bizim alimlər də orada iştirak edirlər. Azərbaycan elminin ümumi siyasətinin tərkibində elmi doktrinası, onun da özünün qiymətləndirilməsi statistikanı aparması, elmi araşdırmaları qiymətləndirmək, yəni həm kollektivin, həm fərdin, həm də başqa sahələrdə qiymətləndirmə mexanizmini işləyib hazırlamaq lazımdır. Çünki ölçü, qiymətləndirmə olmasa, səmərəli qərar qəbul etmək, idarə etmək olmur. Bütün bunları nəzərə alaraq, elektron elm mühiti yaratmaq məqsədi güdürük. Bu informasiya resurslarının arxasında da milli qiymətləndirmə mexanizmi olmalıdır. Bu layihə çərçivəsində bizim də qarşımıza qoyulan vəzifə ondan ibarətdir ki, Azərbaycanda milli informasiya strukturu formalaşdıraq və onun əsasında milli istinad indekslərinin işlənməsini, qiymətləndirməsini həyata keçirək. Bu layihə çərçivəsində alimlərimizin məqalələrini indeksləşdirmək, qiymətləndirmək, müəyyən reytinq cədvəllərinə gətirmək, bunun vasitəsi ilə də problemlərin həll vəziyyətinin qiymətləndirilməsinə nail olmağa çalışacağıq. Bütün bunlar elmin idarəçiliyinin səmərəsinin artırılması üçün çox gözəl əsas verəcək. Bir sözlə Elmin İnkişaf Fondunun müsabiqəsində qalib olan layihəmizdə əsas məqsədimiz açıq olan milli informasiya strukturunun formalaşdırılması və milli istinad indeksinin müəyyənləşdirilməsi üçün metodikanın hazırlanmasıdır. Çalışacağıq ki, bu istiqamətdə bütün səylərimizi birləşdirib qarşıya qoyulan məqsədə çataq”.
Baxış sayı: 1109
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır