12px13px15px17px
Tarix:02/10/13

Avtobuslarda “Wi-Fi” şəbəkəsi yaradıla bilər


Yaxın vaxtlarda avtobuslarda  “Wi-Fi” şəbəkəsi yaradıla bilər. Bu barədə Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov məlumat verib. Onun sözlərinə görə, avtobuslarda  monitorlarda “Wi-Fi” işarəsi var. Hələlik gündəmdə əsas məsələ avtobuslarda ödənişin kartla həyata keçirilməsidir. Amma ola bilər ki, bir qədər sonra internet şəbəkəsi quraşdırılsın.

Məlumat üçün deyək ki, Azərbaycanda 2013-cü ilin “İKT (İnformasiya- kommunikasiya texnologiyaları) ili” elan edilməsi ilə bağlı dövlət başçısı İlham Əliyevin təsdiq etdiyi Tədbirlər Planında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə və Tarif Şurasına il ərzində ölkədə rabitə və internet xidmətləri tariflərinin həmin xidmətlərin maya dəyərinə uyğunlaşdırılması üzrə tədbirlərin görülməsi tapşırılıb.

 Bundan başqa, Tədbirlər Planında il ərzində ölkədə İKT-nin inkişafı üzrə strategiyanın hazırlanması, qeydiyyat prosesinin təkmilləşdirilməsi üçün tədbirlərin görülməsi, elektron səhiyyə, elektron təhsil, elektron satınalma, elektron turizm, elektron notariat, elektron mədəniyyət, elektron arxiv, elektron məhkəmə, elektron ticarət, elektron ödəmə həllərinin tətbiqinin genişləndirilməsi, internetin keyfiyyətinin artırılması, istifadəçilərin hüquqlarının qorunması üzrə tədbirlərin görülməsi, əlillərin və sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların İKT-dən istifadə imkanlarının artırılması üzrə işlərin həyata keçirilməsi, ictimai yerlərdə ödənişsiz “Wi-Fi” zonalarının yaradılması ilə bağlı tədbirlərin görülməsi kimi məsələlər öz əksini tapıb.

 Qeyd edək ki, Bakıda fəaliyyət göstərən “London” taksiləri və “189 qaynar xətt”i ilə fəaliyyət göstərən taksilər artıq pulsuz “Wi-Fi” internet sistemi ilə təmin olunub. Sərnişin avtobuslarında da eyni şəbəkənin quraşdırılması mövzusu məhz bundan sonra gündəmə gəlib.

RƏVAN



Baxış sayı: 933

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024