12px13px15px17px
Tarix:02/10/13

“Amazon” Yeni il Bayramı günlərində 70 min nəfəri müvəqqəti işə qəbul edəcək

"Amazon" onlayn ticarət şirkəti ABŞ-da Yeni il Bayramı günləri ərzində fasiləsiz işin təmini üçün 70 mindən çox müvəqqəti iş yeri yaradacaq. Bu barədə şirkətdən bildirilib.

ABŞ şirkəti işə ötən ilin analoji dövrü ilə müqayisədə 40 faiz daha çox müvəqqəti əməkdaş qəbul etmək niyyətindədir. Şirkətin bəyanatında deyildiyinə görə, müvəqqəti əməkdaşlar ştatda olan əməkdaşın başlanğıc əməkhaqqısının 94 faizi məbləğində gəlir əldə edir və sosial paketə malik olurlar.
Bundan başqa, "Amazon" bayramdan sonra bir neçə min əməkdaşı daimi işə keçirməyi planlaşdırır. Ötən il 7 mindən çox müvəqqəti işçi şirkətə daimi işə qəbul olunub.

Müvəqqəti işçi heyəti "Amazon"un ABŞ-da hazırda 20 min daimi əməkdaşının çalışdığı 40 mərkəzində sifarişlərin emalı ilə məşğul olacaq.    

"Amazon" internet vasitəsilə mal və xidmətlərin satışı üzrə nəhəng internet servisi hesab olunur. Şirkət ABŞ ilə yanaşı, Kanada, Çin, Braziliya, Yaponiya və Avropa ölkələrində fəaliyyət göstərir, - "Digit www.digit.ru" yazır.



Baxış sayı: 717

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024