12px13px15px17px
Tarix:03/10/13

Beynəlxalq informasiya portalları Azərbaycanın vahid post-ticarət sistemindən yazıb

Dünyanın tanınmış bir sıra portalları Azərbaycanda vahid post-ticarət sisteminin yaradılması istiqamətində aparılan islahatlar barəsində məlumat yayıblar. Bu barədə “ICTnews” elektron xəbər xidmətinə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr sektorundan bildirilib.
 
Azərbaycan qiymətli kağızlar bazarında post-ticarət infrastrukturunun Milli Depozit Mərkəzində (MDM) mərkəzləşdirilməsi barəsində beynəlxalq post-ticarət aləmində tanınan “Global Custodian” jurnalında və “Thomas Murray” müstəqil reytinq agentliyinin internet səhifəsində məlumat yerləşdirilib.
 
 
“Global Custodian” jurnalında MDM-nin hesablaşma və klirinq funksiyalarının icrasına başlaması istiqamətində post-ticarət infrastrukturu üzrə xidmətlərin tam mərkəzləşdirilməsi və mütəşəkkil bazar iştirakçıları üçün biznes proseslərinin optimallaşdırılması, həmçinin qiymətli kağızlarla əməliyyatlar üzrə adekvat sistemin fəaliyyətinə şərait yaradılması barəsində ətraflı məlumat verilib.
Həmçinin, “Thomas Murray” müstəqil reytinq agentliyinin internet səhifəsində  bütün post-ticarət funksiyalarının MDM-də cəmləşməsi, bununla da qiymətli kağızlar bazarının iştirakçılarına az riskli və yüksək likvidli əməliyyatların həyata keçirilməsi üçün daha səmərəli və əlverişli strukturun formalaşması barəsində xəbər yerləşdirilib.
 
Komitədən bildiriblər ki, Azərbaycan qiymətli kağızlar bazarında post-ticarət infrastrukturunun təkmilləşdirilməsi sahəsində aparılan islahatlar Azərbaycan Respublikası Prezidentinin 16 may 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2011-2020-ci illərdə Azərbaycan Respublikasında qiymətli kağızlar bazarının inkişafı” Dövlət Proqramı çərçivəsində həyata keçirilir.
 
 
SEYMUR



Baxış sayı: 637

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024