Tarix:03/10/13
Fond Kaliforniyada yerləşməklə "SAP"-dan asılılığı olmayan müstəqil təşkilatdır. Fond tərəfindən maliyyələşdirilən yeni layihələr, xüsusilə diqqətini biznes üçün informasiya texnologiyalarının yaradılmasına yönəldən sahibkarlar "SAP" ilə fəal əməkdaşlıq edir.
"SAP"-ın yeni layihələrə fəal investisiyalar yatırmaq təcrübəsi var. Belə ki, 2011-ci ildə 353 milyon dollarlıq kapitalla "SAP Ventures Fund I", daha sonra digər vençur fondları, o cümlədən "Data Collective" və "August Capital" kimi fondları dəstəkləyən və kapitalı 405 milyon dollar təşkil edən "SAP HANA Real Time Fund" fondları formalaşdırılıb. "SAP"-ın yeni fondu nəhəng investisiya təşkilatları siyahısında yer alacaq.
Qeyd edək ki, dünyada nəhəng vençur fondlarından biri kapitalı 1,2 milyard dollara yaxın, illik investisiyaları isə 300 milyon dollar olan "Google Ventures" hesab olunur. "Intel" şirkətinin "Intel Capital" fondu ildə 300-500 milyon dollar məbləğində investisiya yatırır və 1,5 milyard dollarlıq kapitala malikdir. Bundan başqa, mobil prosessorlar istehsalçısı "Qualcomm" 800 milyon dollarlıq kapitala malik vençur fond yaradıb.
"SAP" mənzil-qərargahı Valdorf şəhərində yerləşməklə təşkilatlar üçün proqram təminatı istehsalında ixtisaslaşan Almaniya şirkətidir. Şirkətin 2013-cü ilin birinci yarısında xalis gəliri 1,7 milyard dollar təşkil edib, - "Digit www.digit.ru" yazır.
“SAP” yeni vençur fonduna 650 milyon dollar yatıracaq
Almaniyanın biznes üçün proqram təminatı istehsalçısı "SAP" şirkəti kapitalı 650 milyon dollardan ibarət yeni "SAP Ventures Fund II" vençur fondunun yaradılmasını elan edib. Bu barədə şirkətin məlumatında deyilir.Fond Kaliforniyada yerləşməklə "SAP"-dan asılılığı olmayan müstəqil təşkilatdır. Fond tərəfindən maliyyələşdirilən yeni layihələr, xüsusilə diqqətini biznes üçün informasiya texnologiyalarının yaradılmasına yönəldən sahibkarlar "SAP" ilə fəal əməkdaşlıq edir.
"SAP"-ın yeni layihələrə fəal investisiyalar yatırmaq təcrübəsi var. Belə ki, 2011-ci ildə 353 milyon dollarlıq kapitalla "SAP Ventures Fund I", daha sonra digər vençur fondları, o cümlədən "Data Collective" və "August Capital" kimi fondları dəstəkləyən və kapitalı 405 milyon dollar təşkil edən "SAP HANA Real Time Fund" fondları formalaşdırılıb. "SAP"-ın yeni fondu nəhəng investisiya təşkilatları siyahısında yer alacaq.
Qeyd edək ki, dünyada nəhəng vençur fondlarından biri kapitalı 1,2 milyard dollara yaxın, illik investisiyaları isə 300 milyon dollar olan "Google Ventures" hesab olunur. "Intel" şirkətinin "Intel Capital" fondu ildə 300-500 milyon dollar məbləğində investisiya yatırır və 1,5 milyard dollarlıq kapitala malikdir. Bundan başqa, mobil prosessorlar istehsalçısı "Qualcomm" 800 milyon dollarlıq kapitala malik vençur fond yaradıb.
"SAP" mənzil-qərargahı Valdorf şəhərində yerləşməklə təşkilatlar üçün proqram təminatı istehsalında ixtisaslaşan Almaniya şirkətidir. Şirkətin 2013-cü ilin birinci yarısında xalis gəliri 1,7 milyard dollar təşkil edib, - "Digit www.digit.ru" yazır.
Baxış sayı: 683
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır