12px13px15px17px
Tarix:03/10/13

“Netflix” videoxidməti populyarlığına görə peyk televiziyasını ötüb

“eMarketer” nəşrinin araşdırmasına əsasən, “Netflix” onlayn videoprokatı ödənişli  televiziya xidmətləri arasında ABŞ-da populyarlığına görə ikinci yerdə qərarlaşıb. Onun məlumatlarına əsasən, 2013-cü ilin iyun ayında “Netflix” xidmətinə internetdən istifadə edən amerikalıların 41%-i abunə olub. Nəticədə sözügedən videoxidmət populyarlığına görə 26% paya malik peyk televiziyasını ötüb.

“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, kabel televiziyası ABŞ-da ən populyar ödənişli videoxidmət olaraq qalır. Televiziya tamaşaçılarının 70%-i sözügedən xidmətə abunə olub.

Televiziya proqramlarına baxış üçün internetdən istifadə edən amerikalılar arasında “Netflix” ən populyar videoxidmətdir. Amerikalılar üçün bu və ya digər ödənişli televiziya xidmətinin seçimi zamanı əsas ilkin şərt orijinal məzmunun mövcudluğudur. Televiziya tamaşaçılarının 63%-i bunun vacibliyini qeyd ediblər.
Daha öncədən DVD disklərin videoprokatı kimi yaradılmış “Netflix” videoxidməti dünyanın 40 ölkəsində əlçatandır və onun auditoriyası 30 milyonu ötür.

Emil Hüseynov
 
 
 
 
 
 



Baxış sayı: 675

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024