Tarix:03/10/13
Gələn həftə Estoniyada keçiriləcək seçkilərdə vətəndaşlar smartfon vasitəsilə məsafədən iştirak edə biləcəklər.
“ICTnews” xəbər xidmətinin “Best Solutions” şirkətinin rəhbəri Yana Krimpenin sözlərinə istinadən verdiyi məlumata əsasən, seçkilərdə “Android” platformasında işləyən, kamera ilə və internetə çıxışla təchiz edilmiş smartfonların istifadəçiləri iştirak edə bilər. Gələcəkdə isə “iPhone” və “Windows Phone” istifadəçilərinə də bu imkanın təqdim edilməsi gözlənilir.
Bu məqsədlə xüsusi olaraq yaradılmış sistemdə seçici seçimini edir və kompüter təsadüfi rəqəmi generasiya həyata keçirir. Bu iki element - seçim və təsadüfi rəqəm - açıq açarla birgə şifrlənir və nəticədə şifrlənmiş mətn, yəni kriptoqram yaranır və o, diqital şəkildə imzalanır.
Əldə edilmiş diqital imzalanmış kriptoqram smarftfondan seçkilərin serverinə göndərilir. Server seansın kodunu generasiya edir və onu seçicinin əlavə proqramına göndərir.
Təsadüfi rəqəm ilə seansın kodu seçicinin ekranında QR-kod şəklində əmələ gəlir. Smartfon seansın kodunu seçkilərin serverinə göndərir, server müvafiq səsi müəyyən edir və smartfona diqital imzalanmış e-səs göndərir. Diqital imza üzrə səs verənin şəxsiyyəti müəyyən edilə bilər.
Bununla yanaşı, server smartfona seçicinin rayonu üzrə iddiaçıların siyahısını göndərir. Smartfon bu e-səsin şifrini aça bilməz, lakin o, təsadüfi rəqəmi və seçki sisteminin açıq açarını bilir. Səsverməni yoxlamaq üçün smartfon təsadüfi rəqəmlə iddiaçıların nömrələrini növbə ilə kriptoqramla şifrləyərək verdiyi səsi müəyyən edə bilər.
Aynur Vəliyeva
Estoniyada bu ildən etibarən vətəndaşlar seçkilərdə distant formada iştirak edə bilərlər

Baxış sayı: 733
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır