Tarix:04/10/13
İnstitut direktoru və fizika üzrə fəlsəfə doktoru Zakir Cahangirlinin həmmüəllifi olduqları "Yeni nəsil hesablama texnikası üçün spin-polyarlaşmış sistemlər: topoloji izolyatorlar" mövzusunda elmi məruzədə institutun İnnovasiya sektorunda əldə olunmuş yeni nəticələr haqqında məlumat verilib.
Topoloji izolyatorların (Tİ) kəşfinin əhəmiyyətindən danışan Z.Cahangirli bu kəşfin bərk cisimlərin kvant fizikasında yeni eranın başlanğıcını qoyduğunu bildirib: "Tİ-nin kəşfi fizika və kimya sahəsində intensiv tədqiqatların aparılmasına təkan verdi. Bu sahədə dünyanın qabaqcıl elmi mərkəzlərində mühüm araşdırmalar aparılır. Müxtəlif materialları və ya səthləri ayıran inter-səthlərin rolu, spin-polyarlaşmanın yaradılması və ölçülməsi, spin-koherentliyinin uzun müddət saxlanılması problemlərinin həllinə yönəlmiş bu tədqiqatlar yeni spintronik tətbiqlər üçün fundamental əhəmiyyət kəsb edir".
Onun sözlərinə görə, mövcud problemlərin həlli Tİ materiallarının yeni nəsil spintronikada, kompüter texnologiyasında praktiki tətbiqinə yol açır.
Tədbirdə bu sahədə aparılan tədqiqatların inkişaf etdirilməsi təqdirəlayiq hesab edilib. Tədqiqatların genişləndirilməsi və gənc alimlərin xarici ölkələrdə təcrübə keçməsi üçün zəruri tədbirlərin görülməsi ilə bağlı qərarlar qəbul olunub.
Həqiqət İSABALAYEVA
Yeni nəsil hesablama texnikası üçün topoloji izolyatorlarla bağlı tədqiqatlar aparılır
AMEA Fizika İnstitutu Yaponiyanın "SPring" Beynəlxalq Tədqiqat Mərkəzi ilə birgə topoloji izolyatorlarla bağlı eksperimental və nəzəri tədqiqatlar aparır. AMEA-dan verilən məlumata görə, bu haqda Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin dünənki iclasında AMEA Fizika İnstitutunun direktoru, fizika-riyaziyyat elmləri doktoru Nazim Məmmədov bildirib.İnstitut direktoru və fizika üzrə fəlsəfə doktoru Zakir Cahangirlinin həmmüəllifi olduqları "Yeni nəsil hesablama texnikası üçün spin-polyarlaşmış sistemlər: topoloji izolyatorlar" mövzusunda elmi məruzədə institutun İnnovasiya sektorunda əldə olunmuş yeni nəticələr haqqında məlumat verilib.
Topoloji izolyatorların (Tİ) kəşfinin əhəmiyyətindən danışan Z.Cahangirli bu kəşfin bərk cisimlərin kvant fizikasında yeni eranın başlanğıcını qoyduğunu bildirib: "Tİ-nin kəşfi fizika və kimya sahəsində intensiv tədqiqatların aparılmasına təkan verdi. Bu sahədə dünyanın qabaqcıl elmi mərkəzlərində mühüm araşdırmalar aparılır. Müxtəlif materialları və ya səthləri ayıran inter-səthlərin rolu, spin-polyarlaşmanın yaradılması və ölçülməsi, spin-koherentliyinin uzun müddət saxlanılması problemlərinin həllinə yönəlmiş bu tədqiqatlar yeni spintronik tətbiqlər üçün fundamental əhəmiyyət kəsb edir".
Onun sözlərinə görə, mövcud problemlərin həlli Tİ materiallarının yeni nəsil spintronikada, kompüter texnologiyasında praktiki tətbiqinə yol açır.
Tədbirdə bu sahədə aparılan tədqiqatların inkişaf etdirilməsi təqdirəlayiq hesab edilib. Tədqiqatların genişləndirilməsi və gənc alimlərin xarici ölkələrdə təcrübə keçməsi üçün zəruri tədbirlərin görülməsi ilə bağlı qərarlar qəbul olunub.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 807
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır