Tarix:04/10/13
“ICANN” Beynəlxalq korporasiyası yeni yuxarısəviyyəli domenlərdə (Rights Protection Mechanisms, RPM) ticarət markalarının mühafizəsi mexanizmlərini müəyyən edib.
“ICTnews” xəbər xidmətinin “www.cybersecurity.ru” saytına istinadən verdiyi məlumata əsasən, sənədin layihəsi 2013-cü ildə hazırlanıb.
Sənədin təsdiq edilmiş redaksiyası, bu ilin sonunda təqdim ediləcək ilk yeni yuxarısəviyyəli domenlərdə, prioritet qeydiyyat müddəti və əsas qaydaları müəyyən edib. Ticarət markasının mühafizəsinə yalnız onu “ICANN” tərəfindən yaradılmış ticarət nişanları depozitarisində (Trademark Clearinghouse (TMCH)) qeydiyyata almış şirkətlər ümid edə bilərlər. Yalnız onlara prioritet qeydiyyat müddətində üstünlük veriləcək.
Qeydiyyatçılar, öz seçimləri əsasında domen adlarını prioritet qeydiyyat müddətində əlavə rezervasiya etmək qərarını qəbul edəcəklər.
Qeydiyyatçı “ICANN”-ı prioritet qeydiyyat başlamadan 30 gün əvvəl bu müddət ərzində domen adlarını qeydiyyatdan keçirmək niyyətində olduğunu bildirib. “Start-date sunrise” müddəti 30 gün davam etməlidir. Prioritet qeydiyyat “end-date sunrise” ssenarisi üzrə həyata keçirildiyi halda, qeydiyyatçı bu mərhələyə domenin göndərilməsindən sonra istənilən vaxt başlaya bilər. “End-date sunrise” ssenarisinin davam edəcəyi müddət 60 gündən az olmamalıdır.
Qeydiyyatçılar “TMCH”-də qeydiyyatdan keçirilmiş ticarət nişanlarının sahiblərinə əlavə məhdudlaşmalar tətbiq edə bilərlər: misal üçün, malın sinfinə və ya ərazinin qeydiyyatına görə, həmçinin ticarət nişanının nə vaxt qeydiyyatdan keçirilməsindən asılı olaraq. Bu məhdudiyyətlər, yeni domen zonasında qeydiyyatdan keçəcək bütün domen sahiblərinə qarşı tətbiq edilməlidir.
Qeydiyyatçılar şəxsi ehtiyaclarına görə 100-dək domen rezervasiya edə bilərlər və onlar bunu prioritet qeydiyyat başlamadan öncə etməlidirlər.
“TMCH”-də qeydiyyatdan keçməyən brendlərin sahiblərinin hüquqlarının qorunması üsulları qeydiyyatçı tərəfindən müəyyən edilir. Bunun üçün onlar məhdudlaşdırılmış qeydiyyat müddətini istifadə edə bilərlər. Prioritet qeydiyyat (Sunrise) müddətə görə məhdudlaşdırılmış qeydiyyat vaxtı ilə üst-üstə gələ bilər. Bu halda müddət “ICANN” tərəfindən tənzimlənmir. Lakin bu müddət ərzində “Claims service” mexanizmi qüvvədə olmalıdır: “TMCH”-də qeydiyyatdan keçmiş hüquq sahibinin maraqlarına toxunan domen iddiaçısı müvafiq xəbərdarlıq alır. O, bu xəbərdarlığa əhəmiyyət vermədiyi halda, ticarət nişanının sahibi onun “əmlak”ına “qəsd” edildiyi ilə bağlı məlumatlandırılır və prioritet qaydada domen adını qeydiyyatdan keçirə bilər.
Qeyd edək ki, Azərbaycanda bu ilin ikinci rübündən etibarən domen adlarının qeydiyyatı prosedurları liberallaşdırılıb və artıq ticarət nişanlarının sahibləri özləri onlara məxsus ola biləcək domenlərin rezervasiyasına və qeydiyyatına cavabdehdilər. Bundan öncə isə bu proseslərə milli “*.az” domeni qeydiyyatçısı olan “İntrans” şirkəti nəzarət edirdi.
Aynur Vəliyeva
“ICANN” yeni domenlərdə ticarət markalarının mühafizəsi mexanizmini müəyyən edib

Baxış sayı: 778
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib