12px13px15px17px
Tarix:04/10/13

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının müzakirəsinə üç yeni sənəd təqdim edilib


Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının müzakirəsinə yeni sənədlər təqdim edilib.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, Müşahidə Şurasının növbəti iclasında üç yeni sənəd müzakirə edilərək təsdiqlənməlidir.

Bu “İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun vəsaitləri hesabına kreditlərin verilməsi məqsədilə sahibkarlıq subyektləri tərəfindən təqdim edilən investisiya layihələrinin qiymətləndirilmə meyarları”, “Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun vəsaiti hesabına kreditlərin verilməsində müvəkkil kredit təşkilatı kimi iștirak etmək istəyən banklar və bank olmayan kredit təșkilatlarının Fondun Müșahidə Șurasına təqdim edəcəyi sənədlər”, “Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun vəsaitləri hesabına güzəştli kreditlərin alınması üçün sahibkarlıq subyektləri tərəfindən təqdim edilən investisiya layihələrinin tərtib edilməsinə dair tələblər”dir.

“İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun vəsaitləri hesabına kreditlərin verilməsi məqsədilə sahibkarlıq subyektləri tərəfindən təqdim edilən investisiya layihələrinin qiymətləndirilməsi 100 ballıq sistem üzrə həyata keçiriləcək, seçim meyarları kimi  “İnvestisiya layihəsinin dövlətin İKT sahəsi üzrə siyasətinə və Fond tərəfindən müəyyən edilmiş prioritetlərə uyğunluğu”     (30 bal), “İnvestisiya layihəsinin hazırlanmasına qoyulmuş minimal tələblərə uyğunluğu” (15 bal), “İnvestisiya layihəsi üzrə istehsalı nəzərdə tutulan məhsulun (iș  və xidmətin) innovasiya tutumlu, idxalı əvəz edən və ixracyönümlü olması” (20 bal), “Layihənin iqtisadi səmərəlilik göstəriciləri” (20 bal), “       Sahibkarlıq subyektinin biznes tarixi” (15 bal) müəyyən edilib. İnvestisiya layihələrinin qiymətləndirilməsi üzrə keçid balı 60 bal müəyyən edilib.
 
 
Dövlətin İKT sahəsi üzrə siyasətinin həyata keçirilməsi və Fondun vəsaitlərinin daha səmərəli yerləșdirilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarından və Dövlət Proqramlarından irəli gələn tədbirlərin reallașdırılmasına uyğun olan layihələrin maliyyələșdirilməsinə üstünlük verilməlidir.

Aynur Vəliyeva



Baxış sayı: 1095

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024