12px13px15px17px
Tarix:04/10/13

“Huawei” şirkəti Azərbaycan istehlakçıları üçün müasir mobil cihazlar təqdim etməkdə maraqlıdır

"Huawei" şirkətinin Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Quo Syaobinq  yerli bazara xüsusi münasibət bəsləyir. 
"ICTnews" xəbər xidmətinin "Huawei" şirkətinin rəsmi məlumatına istinadən verdiyi xəbərə əsasən, şirkət ən yeni texnologiyaları təqdim edərək Azərbaycanla birgə uğur qazanmaq niyyətindədir.

"Əvvəllər "Huawei" Azərbaycanda yalnız telekommunikasiya şəbəkə infrastrukturu üçün avadanlıq təqdim edirdi, son dövrdə yerli bazarda mobil cihazların, o  cümlədən smartfonların da satışı təşkil olunub", - deyə "Huawei" şirkətinin nümayəndəsi Quo Syaobinq bildirib.

Onun  sözlərinə görə, "Huawei" şirkətinin Azərbaycanda hədəflərindən biri də əhalinin texnologiyalar sahəsində maarifləndirilməsi, münasib qiymətlərlə böyük bir hissəsinin bu yeni texnologiyalardan faydalanmasına dəstək verməkdir.  
 
Hazırda "Huawei" şirkəti 150-dən çox ölkədə fəaliyyət göstərir və dünya əhalisinin 1/3-i onun məhsullarından istifadə edir.

Aynur Vəliyeva
 



Baxış sayı: 821

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024