Tarix:04/10/13
Artıq məlum olduğu kimi, oxşar proqram "Facebook", "Google", "Yandeks" və başqa böyük şirkətlərdə mövcuddur. Bəzi şirkətlərdə pul mükafatı konkret məbləğ həddi ilə məhdudlaşdırılıb, digərlərində, məsələn, "Facebook"da administrasiya ən yüksək limit təyin etməyib. Lakin sözügedən proqramların əsas qaydası aşkar edilmiş boşluqdan başqa istifadəçilərə qarşı istifadə etməməkdir.
"ICTnews" elektron xəbər xidməti "digit.ru" saytına istinadən bildirir ki, "Yahoo!"-nun təhlükəsizlik komandasının direktoru Ramses Martinesin sözlərinə görə, o, artıq uzun müddətdir sərbəst olaraq aşkar edilmiş boşluqlara görə tərtibatçılara minnətdarlıq qismində futbolka göndərir, lakin indiyə kimi rəsmi mükafatlandırma proqramı mövcud olmayıb.
"Aylıq 800 milyondan çox insana xidmət göstərən şirkətdə işlədikdə təhlükəsizlik məsələlərinə ciddi yanaşırsınız" – o qeyd edib. Artıq "Yahoo!" aşkar edilmiş boşluqlara görə təhlükənin ciddiliyindən asılı olaraq 150-dən 15 min dollaradək ödəyəcək.
Emil Hüseynov
“Yahoo!” hakerləri mükafatlandıracaq
"Yahoo!" internet şirkəti də xidmətlərində aşkar edilmiş boşluqlara görə hakerlərə pul ödəyəcək: mükafat məbləği 150-dən 15 min dollaradək təşkil edəcək.Artıq məlum olduğu kimi, oxşar proqram "Facebook", "Google", "Yandeks" və başqa böyük şirkətlərdə mövcuddur. Bəzi şirkətlərdə pul mükafatı konkret məbləğ həddi ilə məhdudlaşdırılıb, digərlərində, məsələn, "Facebook"da administrasiya ən yüksək limit təyin etməyib. Lakin sözügedən proqramların əsas qaydası aşkar edilmiş boşluqdan başqa istifadəçilərə qarşı istifadə etməməkdir.
"ICTnews" elektron xəbər xidməti "digit.ru" saytına istinadən bildirir ki, "Yahoo!"-nun təhlükəsizlik komandasının direktoru Ramses Martinesin sözlərinə görə, o, artıq uzun müddətdir sərbəst olaraq aşkar edilmiş boşluqlara görə tərtibatçılara minnətdarlıq qismində futbolka göndərir, lakin indiyə kimi rəsmi mükafatlandırma proqramı mövcud olmayıb.
"Aylıq 800 milyondan çox insana xidmət göstərən şirkətdə işlədikdə təhlükəsizlik məsələlərinə ciddi yanaşırsınız" – o qeyd edib. Artıq "Yahoo!" aşkar edilmiş boşluqlara görə təhlükənin ciddiliyindən asılı olaraq 150-dən 15 min dollaradək ödəyəcək.
Emil Hüseynov
Baxış sayı: 693
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib