12px13px15px17px
Tarix:04/10/13

«Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fəaliyyətinin 10 illiyi və bu müddətdə İKT sahəsində görülən işlər» mövzusunda “dəyirmi masa” keçirilib

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində «Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin fəaliyyətinin 10 illiyi və bu müddətdə İKT sahəsində görülən işlər» mövzusunda "dəyirmi masa" keçirilib. «Rabitə və İnformasiya Texnologiyaları Mütəxəssisləri» İctimai Birliyinin (RİTMİB) təşkil etdiyi müzakirələrdə ölkəmizin əldə etdiyi nailiyyətlər sadalanaraq İKT-nin Azərbaycana yeni üfüqlər açdığı vurğulanıb.
 
Birliyin sədri Siruz Abasbəyli bildirib ki, prezident İlham Əliyevin  fəaliyyətinin 2003-2013-cü illəri əhatə edən dövrü dövlətimizin, xalqımızın inkişaf tarixinin mühüm mərhələlərindən biri kimi xarakterizə olunur. Ölkə başçısı tərəfindən İKT sahəsinin inkişafına xüsusi diqqət yetirildiyini vurğulayan S.Abasbəylinin sözlərinə görə, verilən fərman və sərəncamlarda sözügedən sektorun, eləcə də digər sahələrin sürətli inkişafına nail olunub.
 
Bu illər ərzində qanunvericilik bazasının genişləndirildiyini söyləyən birlik sədri əlavə edib ki, Azərbaycanda  "elektron hökumət" quruculuğu çox sürətlə həyata keçirilib. Onun sözlərinə görə, respublikamız artıq İKT üzrə dünyanın inkişaf etmiş ölkələri sırasına daxil olub.
 
 
Azərbaycanda İKT layihələrinin həyata keçirilməsi, innovasiyalı iqtisadiyyatın daha da genişləndirilməsi, gənclərə informasiya-kommunikasiya texnologiyaları üzrə dəstəyin verilməsi, yeni İT ideyalarının reallaşdırılması və onlara həm qrantların, həm də aşağı faizlə kreditlərin verilməsi məqsədi ilə İnformasiya Texnologiyalarının İnkişafı Fondunun yaradıldığını qeyd edən birlik sədri vurğulayıb ki, ölkədə "Yüksək Texnologiyalar Parkı"nın formalaşdırılması da bu istiqamətdə atılan ən böyük addımlardan biridir.
 
Onun sözlərinə görə, ölkədə təkcə İKT-nin inkişafı, onunla bağlı qanunvericilik bazasının formalaşdırılması istiqamətində deyil,  eyni zamanda peşəkar kadrların hazırlanması istiqamətində də addımlar atılıb. Bunun ən bariz nümunəsi kimi yeni yaradılan İnformasiya Texnologiyaları Universitetini misal çəkən S.Abasbəyli onu da qeyd edib ki, Azərbaycan bununla belə İKT sahəsində təhsil almaq üçün gəncləri xarici ölkələrə də göndərir.
 
 
Azərbaycanın  ilk telekommunikasiya peykinin orbitə çıxarılması ilə respublikamızın kosmik ölkələr sırasına qoşulduğunu önə çəkən S.Abasbəyli bununla da ölkə iqtisadiyyatında yeni dönəmin başladığını tədbir iştirakçılarının diqqətinə çatdırıb: «Sadaladığım bu faktlar Azərbaycanda İKT sahəsində görülən işlərin geniş mənzərəsini yaradır. Bütün bunlar isə prezident İlham Əliyevin sahəyə göstərdiyi diqqət və qayğının sayəsində əldə edilib. Ona görə də həm RİTMİB, həm Beynəlxalq Rabitə Akademiyasında təmsil olunan  alimlərimiz İlham Əliyevi dəstəkləyir və hər kəsi ona səs verməyə çağırırıq».
 
Tədbirin sonunda prezident İlham Əliyevlə bağlı hazırlanan videoçarx və klip nümayiş etdirilib.
 
 
Seymur Qasımbəyli
 



Baxış sayı: 1043

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024