Tarix:05/10/13
Dünyanın nəhəng “Facebook” sosial şəbəkəsi əməkdaşları üçün şirkətin Kaliforniya ştatının Menlo-Park şəhərində yerləşən mənzil-qərargahının yaxınlığında yerləşəcək yaşayış kompleksi inşa edəcək. Bu barədə “The Wall Street Journal” nəşri məlumat verib.
“Facebook” yerli layihə-tikinti şirkət ilə birlikdə icarəyə götürülən 394 mənzildən ibarət yaşayış kompleksi tikəcək. Sahəsi 58,5 min kvadratmetrə yaxın olan “Anton Menlo” kompleksinin özəlliklərindən biri orada port-bar və ev heyvanlarına qayğı göstərilməsi üçün yerin nəzərdə tutulmasındadır. Layihənin qiyməti 120 milyon dollar qiymətləndirilir.
Şəbəkə nümayəndələrinin sözlərinə görə, yaşayış kompleksinin inşası əməkdaşların işi tərk etməməsi üçün başlıca səbəb deyil. “Əlbəttə, biz şirkətin mənzil-qərargahının yaxınlığında yeni yaşayış variantlarının yaradılmasına şadıq, lakin hesab edirik ki, insanlar “Facebook”da bizim missiyamıza inandıqları üçün çalışır”, - sosial şəbəkə nümayəndəsi bildirib. Kompleksdə şirkətin Menlo-Park şəhərindəki mənzil-qərargahında çalışan əməkdaşların təxminən 10 faizi məskunlaşa biləcək.
Qeyd edək ki, “Facebook” əməkdaşların əməkhaqqı ilə yanaşı, mükafatlandırılması məsələsinə də tam ciddi və yaradıcılıqla yanaşan ABŞ-ın texnoloji şirkətlərindən biridir, - “Digit”www.digit.ru yazır.
“Facebook” əməkdaşları üçün yaşayış kompleksi tikəcək

Baxış sayı: 807
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib