Tarix:05/10/13
“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, aktrisanın sözlərinə görə, 2005-ci ildə onun səsi “ScanSoft” şirkəti üçün yazılıb. İşəgötürmə zamanı aktrisaya bu nümunələrin istifadə olunacağı layihələr barədə məlumat verilməyib. Bennett bir ay müddətində səsyazma studiyasına gələrək gündə dörd saat işləyib.
Sonralar “ScanSoft” şirkəti nitqin tanınması texnologiyaları ilə məşğul olan “Nuance” şirkətini satın alıb. “Nuance” şirkətinin həlləri isə “Siri”nin əsasını təşkil edir.
Bennett bildirib ki, bir müddət “Siri” səs köməkçisinin onun səsi ilə danışmasından xəbərsiz olub. Oxşarlığı aktrisanın dostları təyin ediblər. Səs köməkçisini şəxsən dinləmiş Bennett belə nəticəyə gəlib ki, “Apple” doğrudan da onun səs yazılarından istifadə edib.
Süzan Bennett 1970-ci ildən səsləndirmə sahəsində aktrisa işləyir. O, radio üçün musiqi fonları və aeroportlar üçün elanlar, “GPS” naviqatorlar üçün frazalar səsləndirib.
Emil Hüseynov
“Siri” səs köməkçisini səsləndirən aktrisanın adı məlum olub
Aktrisa Süzan Bennett “CNN” televiziya kanalına verdiyi müsahibəsində deyib ki, “Apple” şirkətinin mobil qurğularına quraşdırılmış “Siri” səs köməkçisinin amerika variantını o səsləndirib.“ICTnews” elektron xəbər xidməti “lenta.ru” saytına istinadən bildirir ki, aktrisanın sözlərinə görə, 2005-ci ildə onun səsi “ScanSoft” şirkəti üçün yazılıb. İşəgötürmə zamanı aktrisaya bu nümunələrin istifadə olunacağı layihələr barədə məlumat verilməyib. Bennett bir ay müddətində səsyazma studiyasına gələrək gündə dörd saat işləyib.
Sonralar “ScanSoft” şirkəti nitqin tanınması texnologiyaları ilə məşğul olan “Nuance” şirkətini satın alıb. “Nuance” şirkətinin həlləri isə “Siri”nin əsasını təşkil edir.
Bennett bildirib ki, bir müddət “Siri” səs köməkçisinin onun səsi ilə danışmasından xəbərsiz olub. Oxşarlığı aktrisanın dostları təyin ediblər. Səs köməkçisini şəxsən dinləmiş Bennett belə nəticəyə gəlib ki, “Apple” doğrudan da onun səs yazılarından istifadə edib.
Süzan Bennett 1970-ci ildən səsləndirmə sahəsində aktrisa işləyir. O, radio üçün musiqi fonları və aeroportlar üçün elanlar, “GPS” naviqatorlar üçün frazalar səsləndirib.
Emil Hüseynov
Baxış sayı: 641
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib