Tarix:05/10/13
Şirkətdən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, kampaniyanın vaxtının uzadılması ilə yanaşı, iştirakçı ölkələrin sayı beşə çatdırılıb.
Artıq Türkiyə, Gürcüstan və Rusiya ilə yanaşı, Qazaxıstan və Ukraynaya səfər edən “Bakcell” abunəçiləri də sərfəli danışıq qiymətlərindən yararlana biləcəklər.
Qeyd olunan 5 ölkədə “CİN” və “Yeni Klass” abunəçiləri daxil olan zənglərin dəqiqəsinə sadəcə 0.35 manat ödəyirlər. Kampaniya çərçivəsində çıxış zənginin bir dəqiqəsi isə 0.75 manatdır.
Kampaniyanın gündəlik xidmət haqqı 0.35 manat təşkil edir. Kampaniyaya qoşulmaq üçün *130#YES nömrəsini, iştirakınızı dayandırmaq üçün isə *130#0#YES yığın. Abunəçi Azərbaycana qayıdan zaman xidmət avtomatik olaraq dayandırılır.
Səfərdə olarkən ən sərfəli rouminq tariflərindən yararlanmaq üçün abunəçilər Türkiyədə – “Vodafone” və “Avea”, Gürcüstanda – “Magticom” və “Mobitel”, Rusiyada və Qazaxıstanda – “Beeline”, Ukraynada – “Kyivstar” şəbəkələrinə qoşulmalıdırlar.
Aynur Vəliyeva
“Bakcell” rouminq kampaniyasını genişləndirib
Azərbaycanın ilk mobil rabitə operatoru “Bakcell” şirkəti iyun ayında start verdiyi xüsusi endirimli rouminq kampaniyasını davam etdirir.Şirkətdən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, kampaniyanın vaxtının uzadılması ilə yanaşı, iştirakçı ölkələrin sayı beşə çatdırılıb.
Artıq Türkiyə, Gürcüstan və Rusiya ilə yanaşı, Qazaxıstan və Ukraynaya səfər edən “Bakcell” abunəçiləri də sərfəli danışıq qiymətlərindən yararlana biləcəklər.
Qeyd olunan 5 ölkədə “CİN” və “Yeni Klass” abunəçiləri daxil olan zənglərin dəqiqəsinə sadəcə 0.35 manat ödəyirlər. Kampaniya çərçivəsində çıxış zənginin bir dəqiqəsi isə 0.75 manatdır.
Kampaniyanın gündəlik xidmət haqqı 0.35 manat təşkil edir. Kampaniyaya qoşulmaq üçün *130#YES nömrəsini, iştirakınızı dayandırmaq üçün isə *130#0#YES yığın. Abunəçi Azərbaycana qayıdan zaman xidmət avtomatik olaraq dayandırılır.
Səfərdə olarkən ən sərfəli rouminq tariflərindən yararlanmaq üçün abunəçilər Türkiyədə – “Vodafone” və “Avea”, Gürcüstanda – “Magticom” və “Mobitel”, Rusiyada və Qazaxıstanda – “Beeline”, Ukraynada – “Kyivstar” şəbəkələrinə qoşulmalıdırlar.
Aynur Vəliyeva
Baxış sayı: 630
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır