12px13px15px17px
Tarix:07/10/13

Ümumdünya Əqli Mülkiyyət Təşkilatı Azərbaycanda əqli mülkiyyət və patent sistemi infrastrukturunun qurulması işlərini yüksək qiymətləndirib


Azərbaycan İsveçrənin Cenevrə şəhərində Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (WIPO) Baş Assambleyasının 51-ci sessiyasında təmsil olunub.

 Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, tədbirdə Azərbaycanı komitənin sədri Ramiz Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Səfər çərçivəsində “WIPO”-nun baş direktoru Frensis Qarri ilə Komitə sədri Ramiz Həsənovun görüşü keçirilib. Görüşdə R.Həsənov Azərbaycanda əqli mülkiyyət hüquqlarının qorunması istiqamətində “WIPO” ilə qurulmuş əməkdaşlıq çərçivəsində “WIPO”-nun baş direktoru F.Qarrini ölkəmizə dəvət edib.

F.Qarri yaxın zamanda Azərbaycana səfərə gələcəyini bildirərək, Azərbaycanda əqli mülkiyyət hüquqlarının qorunması, sənaye mülkiyyəti obyektlərinin mühafizəsi, ümumilikdə patent sistemi infrastrukturunun müasir tələblər səviyyəsində qurulması istiqamətində görülmüş işləri yüksək qiymətləndirib.

Tədbirdə Azərbaycanın Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Baş Assambleyasının əlaqələndirmə komitəsinə və proqram və büdcə komitəsinə üzv seçilməsi barədə qərar qəbul olunub. Əlaqələndirmə komitəsinə üzv olmaqla ölkəmiz təşkilatın baş direktorunun seçilməsi prosesində yaxından iştirak etmək və səs vermək hüququ qazanıb. Proqram və büdcə komitəsində isə təmsil olunmaqla “WIPO”-nun fəaliyyətində növbəti illər üçün hazırlanan tədbirlər planında, prioritet istiqamətlərin müəyyənləşdirilməsində, həmçinin büdcə layihələrinin müzakirələrində də söz sahibliyi imkanları əldə olunub.

Aynur Vəliyeva
 



Baxış sayı: 601

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






18 Aprel 2024

17 04 2024