12px13px15px17px
Tarix:07/10/13

Azərbaycan Dövlət Sosial Müdafiə Fondu İKT əsasında qurulmuş idarəetmə sistemi vasitəsilə 2 milyon 620 min nəfərin fərdi hesabları açılıb

Azərbaycan Dövlət Sosial Müdafiə Fondu İKT əsasında qurulmuş yeni idarəetmə sisteminin yaradılması çərçivəsində sosial sığorta haqlarının fərdiləşdirilmiş uçot prinsipləri əsasında yığımına nail olub.

Fondun “ICTnews” xəbər xidmətinə verdiyi məlumata əsasən, bu günədək 2 milyon 620 min nəfərin fərdi hesabları açılıb və sosial sığorta şəhadətnamələri paylanıb.

Bununla yanaşı, sığortalanmış şəxslər üzrə elektron formada məlumatların qəbulu başlanılıb, individual hesablara məlumatların daxil edilməsi təmin edilib.

Fondun internet resursunda sığortalanmış şəxslərin hesablarında toplanmış ödənişlər məbləği haqda   məlumatlandırılması xidməti yerləşdirilib. Bu xidmət vasitəsilə hər bir sığortalanmış şəxs pensiya kapitalı haqda məlumat ala bilər. 

Eyni zamanda, sahibkarlıq sahəsində çalışan fiziki şəxslər tərəfindən real vaxt rejimində məcburi dövlət sosial sığorta haqları ödənişləri sahəsi genişlənib. Hazırda bu DSMF-nin 75 yerli orqanı üzrə sistemə 602 572 sığortaçı haqda məlumatlar daxil edilib.

Aynur Vəliyeva
 



Baxış sayı: 790

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024