Tarix:08/10/13
Bu barədə Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov oktyabrın 6-da prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2013-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında məlumat verib. MB rəsmisi bildirib ki, cari ilin 9 ayında Azərbaycan İpoteka Fondu vasitəsilə kredit təşkilatları tərəfindən 2000-dən çox şəxsə ümumilikdə 80 milyon manat məbləğində ipoteka krediti ayrılıb:
“Fondun kredit portfeli 500 milyon manata, ipoteka krediti alanların sayı isə 13 min nəfərə çatıb. Dövr ərzində güzəştli ipotekaya çıxış imkanları genişləndirilib, “Elektron ipoteka” sistemi yaradılıb. Maliyyə sektorunun regional əhatə dairəsinin genişlənməsi davam edib, 33 yeni bank filialı və 5 yeni bank şöbəsi açılıb”.
Həqiqət İSABALAYEVA
Elman Rüstəmov: “Elektron ipoteka” sistemi yaradılıb”
Cari ilin 9 ayı ərzində ölkədə ödəniş sistemlərinin sabitliyi və təkmilləşdirilməsi Mərkəzi Bankın mühüm fəaliyyət istiqamətlərindən biri olub. Bu dövrdə Milli Ödəniş Sistemi vasitəsilə ödənişlərin həcmi 90 milyard manata çataraq ümumi daxili məhsulu 2,3 dəfə üstələyib. Kart infrastrukturunun inkişafı davam etdirilib, ödəniş kartlarının sayı 5,3 milyon ədədə, bankomatların sayı 2,4 minə, POS-terminalların sayı isə 36 minə çatdırılıb.Bu barədə Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov oktyabrın 6-da prezident İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2013-cü ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında məlumat verib. MB rəsmisi bildirib ki, cari ilin 9 ayında Azərbaycan İpoteka Fondu vasitəsilə kredit təşkilatları tərəfindən 2000-dən çox şəxsə ümumilikdə 80 milyon manat məbləğində ipoteka krediti ayrılıb:
“Fondun kredit portfeli 500 milyon manata, ipoteka krediti alanların sayı isə 13 min nəfərə çatıb. Dövr ərzində güzəştli ipotekaya çıxış imkanları genişləndirilib, “Elektron ipoteka” sistemi yaradılıb. Maliyyə sektorunun regional əhatə dairəsinin genişlənməsi davam edib, 33 yeni bank filialı və 5 yeni bank şöbəsi açılıb”.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 1259
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır