Tarix:09/10/13
"The Wall Street Journal" nəşrinin istinad etdiyi "Infonetics" analitiklərinin proqnozlarına əsasən, 2013-cü ildə EMEA (Avropa, Yaxın Şərq və Afrika) regionunu təmsil edən operatorlar "4G" avadanlığının alınmasına təxminən 1,6 milyard dollar xərcləyəcək (bu göstərici 2011-ci ildə 599 milyon dollar olub).
2015-ci ilədək bu göstərici 2 milyard dollara çatacaq, Şimali Amerika operatorlarının analoji xərcləri isə 2016-cı ildə 2 milyard dollar təşkil edəcək (2015-ci ildə 2,2 milyard dollar). Beləliklə, 4 ildən sonra EMEA ölkələri dördüncü nəsil şəbəkələrinin işə salınması üçün avadanlığa çəkilən xərclər üzrə Şimali Amerika ölkələri ilə bərabərləşəcək.
Avropa zonasında "4G" texnologiyasının inkişafı 2008-2012-ci illər ərzində ümumi mobil mədaxili 12 faiz azalan yerli operatorlar üçün xilasedici ola bilər. Ötən il onlar ümumilikdə 215,8 milyard dollar mənfəət qazanıblar və bu rəqəm gözlənildiyinə görə, 2013-cü ildə 3,8 faiz azalacaq (GSMA təşkilatının proqnozu).
"SFR" şirkətinin kommersiya və müştəri xidmətləri şöbəsinin baş direktoru Frank Kadorenin sözlərinə görə, əksər insanlar hələ "3G" və "4G" texnologiyaları arasında fərqi bilmirlər, buna görə bunu izah etmək üçün bir qədər vaxt lazım olacaq.
Bununla yanaşı, "4G" şəbəkəsinin sürətinin artırılması ilə əlaqədar bir sıra texniki məsələləri də həll etmək tələb olunur. Bundan başqa, "4G" xidmətləri təklif edən Avropa operatorları arasında rouminqin fəaliyyəti ilə bağlı bir sıra çətinliklər mövcuddur.
"4G" şəbəkəsi üçün telekommunikasiya avadanlığı bazarına nəzarəti hələ ki 2 şirkət – "Huawei" və "Ericsson" istehsalçıları edir. Bu şirkətlərin bazardakı satış payı müvafiq olaraq 40 və 34 faiz təşkil edir, - "DailyComm www.dailycomm.ru" yazır.
Avropa “4G” rabitəsinə investisiya yatırır

Baxış sayı: 624
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- "Netty"nin qalibləri bəlli oldu
- Microsoft Ballmerdən razıdır
- Cəzalı sürücülər haqqında məlumatlar internetdə yerləşdiriləcək
- “Google”: Chrome OS planşetlər üçün nəzərdə tutulmayıb
- İnternet-istifadəçilərin sayı planet əhalisinin 40%-ni təşkil edəcək
- Twitter foto xidmət istifadəyə verir
- Məktəblilərin internet təhlükəsizliyi
- 3 İT nəhəngindən sayt yaratmaq istəyənlərə töhfə
- Dünyada 55 milyondan artıq Xbox 360 satılıb
- Disney yeni sayt istifadəyə verib
- Suriyada internet böhranına son verildi
- “Apple” şirkəti “Microsoft” və “İntel”dən daha dəyərlidir
- Bakı və Abşeronda WİMAX şəbəkəsi genişləndirilir
- Dövlət qurumlarına elektron portallarında dəyişikliklər edilməsi tövsiyə olunub
- Şəbəkədə olan saytların sayı 346 milyonu keçib