Tarix:10/10/13
“IDC” və “Gartner” analitik şirkətlərinin son hesabatlarına əsasən, qlobal kompüter tədarüklərinin həcmi artıq altıncı rübdür planşet və smartfonların populyarlığı sayəsində azalır.
“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, “IDC”-nin məlumatına əsasən, sözügedən bazarın həcmi 8% azalaraq 81,6 milyon olub. “Gartner”in hesablamasına görə, azalma 9% təşkil edib. İki şirkətin məlumatlarında qeydə alınan fərqlilik onların "fərdi kompüter" anlayışına baxışları ilə izah olunur.
“IDC” hesab edir ki, 2015-ci ildə - istehlakçılar artıq köhnəlmiş kompüterlərini yeni modellərlə əvəz etməyə başladıqda FK bazarında canlanma müşahidə olunacaq. “Gartner”in baş analitiki Mikko Kitaqava deyib ki, sənayeləşmiş bazarlarda istifadəçilər FK-dən imtina etmir, lakin hazırda onlar mobil cihazlara daha çox üstünlük verirlər. "Ümumilikdə bazarın həcmi azalacaq, lakin bəzi sahələrdə köhnə FK-lər yeniləri ilə əvəz olunacaq və satışlar davam edəcək" – Kitaqava deyib.
Hər iki analitik şirkətə görə, FK və noutbuk bazarları ən böyük tədarükçülər “Lenovo”, “Hewlett-Packard” və “Dell” şirkətləridir.
Emil Hüseynov
Qlobal fərdi kompüter bazarında altıncı rüb ardıcıl azalma qeydə alınır

Baxış sayı: 691
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır