Tarix:10/10/13
AMEA Rəyasət Heyəti Mərkəzi aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, akademik A.Əlizadə Geologiya İnstitutunun neft geologiyası sahəsində 70 illik təcrübəsindən, o cümlədən bu müddətdə əldə olunmuş nailiyyətlərdən danışıb: “İnstitutda BP ilə birgə təşkil olunmuş Hövzə Modelləşdirmə Mərkəzi fəaliyyət göstərir. Son illər burada mühüm innovativ nəticələr əldə olunub. Mərkəzdə çalışan gənc alimlər xarici ölkələrdə təşkil olunan bir çox kurslarda iştirak edir və bu sahədə aparılan layihələr mühüm fayda verməkdədir. Alimlərin innovativ nəticələrini sınaqdan keçirmək məqsədi ilə texnopark yaratmağı planlaşdıran AMEA bu sahədə “Schlumberger”in təcrübəsindən yararlanmağı düşünür”.
Xarici şirkətin departament müdiri, nümayəndə heyətinin rəhbəri Georgiy Karnauxov “Schlumberger”in kommersiya layihələrindən, gənc kadrlar üçün təşkil olunan kurs proqramlarından danışıb. Bildirib ki, 85 ölkədən 120 min işçinin çalışdığı şirkət müştərilərə neftin çıxarılmasından istehsalına qədər texnologiya və layihə menecmentliyi üzrə xidmət göstərir. “Schlumberger”in xidmətləri Şimali Amerika, Latın Amerikası, Avropa, Afrika, Rusiya, Orta Şərq və Asiyaya qədər yayılıb.
Görüşdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev də iştirak edib. O, akademiyanın bəzi institutlarında yerli universitetlərin baza kafedralarının təşkil olunduğunu, burada tələbələrə alimlər tərəfindən dərs və təcrübə keçirildiyini vurğulayıb. G.Karnauxov AMEA-dakı bu yenilikləri təqdir edib. Tərəflər kadr hazırlığı istiqamətində təcrübə mübadiləsi aparmaq barədə razılığa gəliblər.
Həqiqət İSABALAYEVA
Akif Əlizadə: “Texnopark yaratmağı planlaşdıran AMEA bu sahədə “Schlumberger”in təcrübəsindən yararlanmağı düşünür”
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) gənc kadr hazırlığı sahəsində beynəlxalq təcrübənin tətbiqini genişləndirməkdədir. Bu məqsədlə AMEA-nın prezidenti, akademik Akif Əlizadə neft sənayesi sahəsi üzrə məşhur “Schlumberger” şirkətinin Moskva ofisinin nümayəndə heyətini qəbul edib.AMEA Rəyasət Heyəti Mərkəzi aparatının İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, akademik A.Əlizadə Geologiya İnstitutunun neft geologiyası sahəsində 70 illik təcrübəsindən, o cümlədən bu müddətdə əldə olunmuş nailiyyətlərdən danışıb: “İnstitutda BP ilə birgə təşkil olunmuş Hövzə Modelləşdirmə Mərkəzi fəaliyyət göstərir. Son illər burada mühüm innovativ nəticələr əldə olunub. Mərkəzdə çalışan gənc alimlər xarici ölkələrdə təşkil olunan bir çox kurslarda iştirak edir və bu sahədə aparılan layihələr mühüm fayda verməkdədir. Alimlərin innovativ nəticələrini sınaqdan keçirmək məqsədi ilə texnopark yaratmağı planlaşdıran AMEA bu sahədə “Schlumberger”in təcrübəsindən yararlanmağı düşünür”.
Xarici şirkətin departament müdiri, nümayəndə heyətinin rəhbəri Georgiy Karnauxov “Schlumberger”in kommersiya layihələrindən, gənc kadrlar üçün təşkil olunan kurs proqramlarından danışıb. Bildirib ki, 85 ölkədən 120 min işçinin çalışdığı şirkət müştərilərə neftin çıxarılmasından istehsalına qədər texnologiya və layihə menecmentliyi üzrə xidmət göstərir. “Schlumberger”in xidmətləri Şimali Amerika, Latın Amerikası, Avropa, Afrika, Rusiya, Orta Şərq və Asiyaya qədər yayılıb.
Görüşdə AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev də iştirak edib. O, akademiyanın bəzi institutlarında yerli universitetlərin baza kafedralarının təşkil olunduğunu, burada tələbələrə alimlər tərəfindən dərs və təcrübə keçirildiyini vurğulayıb. G.Karnauxov AMEA-dakı bu yenilikləri təqdir edib. Tərəflər kadr hazırlığı istiqamətində təcrübə mübadiləsi aparmaq barədə razılığa gəliblər.
Həqiqət İSABALAYEVA
Baxış sayı: 655
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır