12px13px15px17px
Tarix:10/10/13

2013-cü ildə "Əşyaların İnterneti" nə qoşulmuş qurğuların sayı 28,7% artacaq

“Cisco” şirkətinin təhlükəsizlik üzrə biznes-konsultantı Aleksey Lukaskiy “Infobez 2013” konfransında deyib ki, 2013-cü ildə "Əşyaların İnterneti"nə qoşulmuş qurğuların sayı 28,7% artaraq 11,2 milyard təşkil edəcək.
“ICTnews” elektron xəbər xidməti “digit.ru” saytına istinadən bildirir ki, "Əşyaların İnterneti" konsepsiyasının mahiyyəti ondan ibarətdir ki, məişət cihazları (zəngli saat, kondisioner və s.), ev sistemləri (bağ suvarma sistemi, mühafizə sistemi, işıqlandırma sistemi), sensorlar və "əşyalar" (məsələn, identifikasiya nişanı ilə təchiz edilmiş dərman preparatları) bir-biri ilə kommunikasiya şəbəkələri (infraqırmızı, simsiz) vasitəsi ilə qarşılıqlı əlaqədə olur və proseslərin (qəhvədəmləyicini işə salır, işıqlanma dərəcəsini dəyişdirir, dərmanların qəbul vaxtını yada salır, temperaturu dəstəkləyir və s.) tamamilə avtomatik yerinə yetirilməsini təmin edir.


“Cisco”nun məlumatına görə, hazırda "Əşyaların İnterneti"nə qoşulmuş qurğuların sayı artıq 10,6 milyarda çatıb və 2020-ci ilədək onların sayı 50 milyardı ötəcək. Artıq uzaq məsafədən əmrlə idarə olunan tozsoranlar, internet üzərindən əmrlə qoşulan kofedəmləyici və s. mövcuddur.


“Json & Partners Consulting” agentliyinin məlumatına görə, "Əşyaların İnterneti" qlobal bazarının həcmi 2015-ci ilədək 11% artaraq 109 milyard olacaq.

Emil Hüseynov
 



Baxış sayı: 672

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024