12px13px15px17px
Tarix:11/10/13

Pino Arlaççi: “Azərbaycanda internet azaddır”

“Azərbaycanda internet azaddır”. “ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu fikirləri  Azərbaycanda prezident seçkilərini izləyən Avropa Parlamenti müşahidə missiyasının rəhbəri Pino Arlaççi söyləyib. O, keçirdiyi mətbuat konfransında bildirib ki, ölkə müxalifəti internetin azadlığından  və verdiyi imkanlardan daha geniş istifadə etməli idi: “Biz nümayəndə heyəti də özümüzə belə sual etdik ki, Azərbaycanda internet azad olduğu halda niyə görə müxalifət onun imkanlarından tam istifadə etməyib?”
 
P.Arlaççi əlavə edib ki, Azərbaycana dərs keçmək və demokratik inkişafın dərəcəsini ölçməyə yox, demokratiya prosesinin inkişafını izləmək üçün gəliblər: “Biz azad, ədalətli seçki prosesini müşahidə etdik. Böyük sayda müşahidəçilərin prosesi izləməsi təqdirəlayiqdir. Seçki prosesi dinc və peşəkar həyata keçirilib. Azərbaycan hökumətinin tutarlı texniki hazırlığını yüksək qiymətləndiririk. Səsvermə günü seçicilərə hansısa təzyiqlər olmayıb”.
 
SEYMUR



Baxış sayı: 627

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024