12px13px15px17px
Tarix:11/10/13

Yeni İT standartları təsdiqlənib

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi (SMPDK) tərəfindən yeni xidmət və İT dövlət standartları təsdiqlənib. Komitədən bildirilib ki, bunlara AZS СТБ 960-2013 “Nəqliyyat vasitələrinə texniki xidmət və təmir. Ümumi təhlükəsizlik tələbləri”, AZS СТБ 1175-2013 “Avtoservis müəssisələrində nəqliyyat vasitələrinə xidmətlər.
 
Xidmət qaydaları”, AZS ГОСТ Р 51142-2013 “Məişət xidməti. Bərbərxana xidmətləri. Ümumi texniki tələblər” dövlət standartları və ВТТМ ТКП 5.1.04/ОР-2013 “İş və xidmətlərin sertifikatlaşdırılması. Əsas müddəalar” Bərqərar olmuş təcrübəni əks etdirən Texniki Məcəllə, o cümlədən AZS İSO/İEC 19794-2-2013 “İnformasiya texnologiyaları. Biometrik verilənlərin mübadilə formatları.
 
Hissə 2: Minutsiya verilənləri”, AZS İSO/İEC 19794-4-2013 “İnformasiya texnologiyaları. Biometrik verilənlərin mübadilə formatları. Hissə 4: Barmaq təsviri məlumatı”, AZS İSO/İEC 19794-5-2013 “İnformasiya texnologiyaları. Biometrik verilənlərin mübadilə formatları.
 
Hissə 5: Üz təsvirinin verilənləri” dövlət standartları daxildir. AZS СТБ 960-2013 “Nəqliyyat vasitələrinə texniki xidmət və təmir. Ümumi təhlükəsizlik tələbləri” dövlət standartı M,N,O kateqoriyalarında olan mexaniki nəqliyyat vasitələrinin bütün texniki xidmətinin, təmirinin təhlükəsizlik qaydalarını müəyyən edir. AZS СТБ 1175-2013 “Avtoservis müəssisələrində nəqliyyat vasitələrinə xidmətlər. Xidmət qaydaları” dövlət standartı avtoservis müəssisələrində nəqliyyat vasitələrinə xidmət qaydalarını müəyyən edir. AZS ГОСТ Р 51142-2013 “Məişət xidməti. Bərbərxana xidmətləri.
 
Ümumi texniki tələblər” standartı bərbər xidməti həyata keçirən salonlar və burada çalışan işçilərə olan tələbləri əhatə edir. ВТТМ ТКП 5.1.04/ОР-2013 “İş və xidmətlərin sertifikatlaşdırılması. Əsas müddəalar” Bərqərar olmuş təcrübəni əks etdirən Texniki Məcəllə özündə işlərin və xidmətlərin sertifikatlaşdırılmasını tənzimləyən əsas müddəaları əks etdirir. AZS İSO/İEC 19794-2-2013 “İnformasiya texnologiyaları. Biometrik verilənlərin mübadilə formatları.
 
Hissə 2: Minutsiya verilənləri” standartı minutsiyanın fundamental anlayışından istifadə etməklə barmaq izlərinin təqdim edilməsi üçün konsepsiya və verilənlərin formatlarını müəyyən edir.  AZS İSO/İEC 19794-4-2013 “İnformasiya texnologiyaları. Biometrik verilənlərin mübadilə formatları. Hissə 4: Barmaq təsviri məlumatı” standartı bir və ya daha çox barmaq, yaxud ovuc təsviri sahələrindən olan məlumatın saxlanılması, qeydə alınması və oturulması üçün qeydə alınmış məlumatın mübadiləsi formatını müəyyənləşdirir.
 
Bu, şəxsin qeydə alınması, yoxlanılması, yaxud eyniləşdirilməsi üçün istifadə oluna bilən barmaq təsviri məlumatının mübadiləsinin məzmununu, formatı və ölçü vahidlərini təyin edir. AZS İSO/İEC 19794-5-2013 “İnformasiya texnologiyaları.
 
Biometrik verilənlərin mübadilə formatları. Hissə 5: Üz təsvirinin verilənləri” standartı bir və ya bir neçə üz təsvirindən və ya üz təsvirlərinin qısa videoverilənlərinin axınından informasiyanın saxlanılması, yazılması və ötürülməsi üçün yazı formatlarını müəyyənləşdirir.
 
 Bura üz təsvirinin alınması şərtləri, üz təsvirinin fotoqrafiya xüsusiyyətləri, üz təsvirinin rəqəmli təsvir əlamətləri (işıqlandırma, duruş, üz ifadəsi) aiddir.
 
Həqiqət İSABALAYEVA



Baxış sayı: 716

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024