12px13px15px17px
Tarix:11/10/13

“IBM” Böyük Məlumatlarla işləyəcək laboratoriyanın əsasını qoyur

“IBM” korporasiyasının mətbuat xidməti “IBM Accelerated Discovery Lab” adlı yeni tədqiqat laboratoriyasının yaradılması haqqında məlumat verib. Burada korporasiya müştərilərlə birgə Böyük Məlumatlar sahəsində tədqiqatlarla məşğul olacaq, həmçinin Böyük Məlumatlarla işləyən yeni analitik alətlər yaradılacaq.

“ICTnews” elektron xəbər xidməti “cybersecurity.ru” saytına istinadən bildirir ki, laboratoriyada müxtəlif növ informasiya, həmçinin insan danışığı,  biznes və tibbi məlumatlar, texniki informasiya və elmi modellərlə işləmək üçün “Watson” superkompüterinin müasirləşdirilmiş modeli quraşdırılacaq.

Şirkətdən bildirilib ki, laboratoriyanın işləməsi nəticəsində universal alətlər yaradılacaq və minimal xərclər sayəsində böyük məlumat massivlərini emal etməyə, təhlil əsasında məntiqi nəticələr çıxartmağa, əldə olan məlumat toplusu əsasında proqnoz verməyə imkan verəcək.

Emil Hüseynov
 



Baxış sayı: 674

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024