12px13px15px17px
Tarix:11/10/13

Azərbaycan bazarına yeni intellektual təhlükəsizlik sistemi təqdim ediləcək

Azərbaycanda keçiriləcək “CIPS Caspian 2013” sərgisi çərçivəsində intellektual inteqrasiya olunmuş təhlükəsizlik sistemlərinin təqdimatı gözlənilir.

Sərginin təşkilat komitəsindən “ICTnews” xəbər xidmətinə verilən məlumata əsasən, oktyabrın 25-də “CIPS Caspian 2013” sərgisində  “ITV\AxxonSoft” şirkətinin texnoloji tərəfdaşları ilə birlikdə intellektual inteqrasiya olunmuş təhlükəsizlik sistemlərinin təqdimatı olacaq.

“ITV\AxxonSoft” – Avropa və Rusiya bazarının müvafiq sahəsinin lideridir və bu il şirkət 10-illik yubileyini qeyd etməklə yanaşı Azərbaycan bazarında “EastStream”  tərəfdaşı ilə birgə fəaliyyətə başlayır.
Sərgi çərçivəsində Azərbaycanda ilk dəfə istənilən miqyasda təhlükəsizlik sistemlərinin yaratrmağa imkan verən çoxfunksiyalı açıq platform olan “İntellekt” proqramını təqdim ediləcək. 
 
Bu proqram yanğın-mühafizə siqnalizasiyası, videomüşahidə (o cümlədən müxtəlif istehsalçıların İP-kameraları və İP-serverləri), resusrsların avtomatik uçotu və s. sistemləri daxil edir və onları vahid informasiya mühitinə çevirir. Sistem bu mühitdə məlumatların emalını və intellektual analizini həyata keçirir, həmçinin müxtəlif hadisələrə çevik reaksiya verməyə imkan verir.

Aynur Vəliyeva



Baxış sayı: 721

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






20 Aprel 2024

19 04 2024