Tarix:11/10/13
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov məlumat verib. Komitə sədri bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 25 may 2006- cı il tarixli 411 nömrəli fərmanından sonra isə torpaq sahəsinin ayrılması prosedurunun sadələşdirilməsi məqsədi ilə bir sıra addımlar atılıb. Belə ki, torpaq üzərində hüquqların rəsmiləşdirilməsinə dair fiziki və hüquqi şəxslərə sənədlərin hazırlanaraq verilməsi mərkəzsizləşdirmə qaydasında, yəni Bakı şəhərində deyil, komitənin respublikanın ayrı-ayrı regionları üzrə fəaliyyət göstərən Regional torpaq kadastrı mərkəzləri vasitəsilə tənzimlənməyə başlanılıb. Bu məqsədlə həmin qurumların maddi-texniki bazası daha da gücləndirilib: “Bu da öz növbəsində vətəndaşların torpaq üzərində hüquqlarının rəsmiləşdirilməsi prosedurunun sadələşdirilməsinə xidmət etməklə yanaşı, yerlərdə sahəvi ixtisaslı mütəxəssislərin yaşadığı ərazidə müvafiq işlə təmin olunmalarına şərait yaradıb”.
Q.Məmmədov qeyd edib ki, “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulmuş tədbirlərin icrasını daha yüksək səviyyədə təmin etmək üçün komitənin tabeliyində olan qurumların müstəqil internet informasiya ehtiyatları yaradılıb. Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli qərarı ilə siyahısı təsdiq edilən komitəyə aid 10 xidmət növü həyata keçirilir ki, bunlardan biri də torpaq kadastrı məlumatları barədə arayışın verilməsi xidmət növüdür:
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yuxarıda qeyd olunan fərman və sərəncamları ilə təsdiq edilmiş Dövlət Proqramlarının Tədbirlər Planına və Milli Fəaliyyət Planına aid işlərin daha şəffaf şəkildə həyata keçirilməsinə onun şəxsi nəzarəti nəticəsində komitə sistemində də elektron sənəd dövriyyəsinin tətbiqinə başlanılıb. Elektron sənəd dövriyyəsi də təbiidir ki, vətəndaş-dövlət məmuru təmasını aradan qaldırıb və nəticədə korrupsiyanın baş verməsi ehtimalı minimuma endirilib”.
Seymur Qasımbəyli
Qərib Məmmədov: “Elektron sənəd dövriyyəsi korrupsiyanın baş vermə ehtimalını minimuma endirib”
«Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın Tədbirlər Planına uyğun olaraq torpaqların texniki uçotunun elektron formatda işlənib xəritələşdirilməsi üzrə 26 rayonda 1 milyon 86 min nöqtədə, torpaqların bonitirovkasının elektron formatda işlənib xəritələşdirilməsi üzrə 27 rayon və şəhərdə 619 min 200 hektar sahədə, torpaqların iqtisadi qiymətləndirilməsinin elektron variantda işlənib xəritələşdirilməsi üzrə 28 rayonda 421 obyektdə işlər yerinə yetirilib.“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov məlumat verib. Komitə sədri bildirib ki, Azərbaycan Respublikası Prezidentinin 25 may 2006- cı il tarixli 411 nömrəli fərmanından sonra isə torpaq sahəsinin ayrılması prosedurunun sadələşdirilməsi məqsədi ilə bir sıra addımlar atılıb. Belə ki, torpaq üzərində hüquqların rəsmiləşdirilməsinə dair fiziki və hüquqi şəxslərə sənədlərin hazırlanaraq verilməsi mərkəzsizləşdirmə qaydasında, yəni Bakı şəhərində deyil, komitənin respublikanın ayrı-ayrı regionları üzrə fəaliyyət göstərən Regional torpaq kadastrı mərkəzləri vasitəsilə tənzimlənməyə başlanılıb. Bu məqsədlə həmin qurumların maddi-texniki bazası daha da gücləndirilib: “Bu da öz növbəsində vətəndaşların torpaq üzərində hüquqlarının rəsmiləşdirilməsi prosedurunun sadələşdirilməsinə xidmət etməklə yanaşı, yerlərdə sahəvi ixtisaslı mütəxəssislərin yaşadığı ərazidə müvafiq işlə təmin olunmalarına şərait yaradıb”.
Q.Məmmədov qeyd edib ki, “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulmuş tədbirlərin icrasını daha yüksək səviyyədə təmin etmək üçün komitənin tabeliyində olan qurumların müstəqil internet informasiya ehtiyatları yaradılıb. Nazirlər Kabinetinin 24 noyabr 2011-ci il tarixli 191 nömrəli qərarı ilə siyahısı təsdiq edilən komitəyə aid 10 xidmət növü həyata keçirilir ki, bunlardan biri də torpaq kadastrı məlumatları barədə arayışın verilməsi xidmət növüdür:
“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yuxarıda qeyd olunan fərman və sərəncamları ilə təsdiq edilmiş Dövlət Proqramlarının Tədbirlər Planına və Milli Fəaliyyət Planına aid işlərin daha şəffaf şəkildə həyata keçirilməsinə onun şəxsi nəzarəti nəticəsində komitə sistemində də elektron sənəd dövriyyəsinin tətbiqinə başlanılıb. Elektron sənəd dövriyyəsi də təbiidir ki, vətəndaş-dövlət məmuru təmasını aradan qaldırıb və nəticədə korrupsiyanın baş verməsi ehtimalı minimuma endirilib”.
Seymur Qasımbəyli
Baxış sayı: 1263
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- İqlim dəyişiklikləri Wi-Fi texnologiyasının işinə təsir edə bilər
- Gəncədə bütün internet provayderləri üçün bərabər şərait yaradılıb
- Regionlarda İP TV xidməti genişlənir
- BTRİB CDMA abunəçilərinin sayını 20 minə çatdıracaq
- Regionlarda da kommunal haqlar internetlə ödəniləcək
- Androidin bazardakı payı azalıb
- Mobil Göz Klinikası yaradıldı
- Erik Şmidt təəccübləndirdi
- “Samsung”un başı məhkəmə çəkişmələrindən açılmır
- Nokia uğursuzluğunun səbəbin açıqlayıb
- Social.com domeni hərraca çıxarılır
- “Tələbələrin İKT biliklərinin artırılması”
- “Apple” iCloud musiqi xidmətini işə salır
- “Foxconn” zavodu istehsalı bərpa edib
- “Kingston” sərt disk istehsalını artırır