12px13px15px17px
Tarix:12/10/13

“Facebook” "sosial axtarış"dan gizlənməyi qadağan edib

“Facebook” sosial şəbəkəsinin məxfilik sazlamalarında edilmiş dəyişikliyə görə, istifadəçi özünü “Graph Search” "sosial axtarış" nəticələrindən kənarda qoya bilməz. Yəni istifadəçinin "Xronika"da əlçatan kimi dərc etdiyi istənilən informasiya axtarış nəticələrində olacaq.

“ICTnews” elektron xəbər xidməti “vesti.ru” saytına istinadən bildirir ki,  “Facebook” nümayəndələri xatırladıblar ki, bu və ya digər informasiyanın kimə görsənməsinə ən yaxşı nəzarət üsulu dərc edilən hər yazıya giriş üçün icazə təyin etməkdir. Yəni yazını elə bloklamaq olar ki, o, yalnız "dostlar" və ya "dostların dostları" üçün əlçatan olsun.

Xatırladaq ki, 2013-cü ilin yanvarında “Facebook” “Graph Search” axtarış sisteminin beta versiyasını təqdim edib. O, sosial şəbəkədə istifadəçilər haqqında informasiyanı, fotoşəkil, musiqi, müxtəlif məkan və müəssisələr haqqında informasiyanı tez bir şəkildə tapmağa imkan verir. “Graph Search” hələ sınaq mərhələsindədir. Funksiyadan istifadəyə malik istifadəçilər qeyd edirlər ki, sistem mükəmməl işləmir.

Emil Hüseynov



Baxış sayı: 733

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






23 Noyabr 2024

22 11 2024