Tarix:12/10/13
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) “ISO 27001” informasiya təhlükəsizliyi beynəlxalq standartı üzrə sertifikat almaq istiqamətində işləri davam etdirir.
MHM-in direktoru Nail Mərdanovun “ICTnews” elektron xəbər xidmətinə verdiyi məlumata əsasən, hazırda mərkəzdə beynəlxalq təhlükəsizlik standartına uyğunluq üzrə daxili audit keçirilir.
“Daxili auditi başa çatdırmaq üçün biz əlavə avadanlıqlar almalıyıq və bundan sonra cari ilin sonuna kimi bu prosesi başa çatdırmağı planlaşdırırıq. Ümumiyyətlə, “ISO 27001” informasiya təhlükəsizliyi beynəlxalq standartı üzrə sertifikasiya prosesi çox mürəkkəb və uzunmüddətli bir layihədir və adətən 1-1,5 il davam edə bilər. Biz gələn ildən sertifikasiya öncəsi keçiriləcək beynəlxalq auditor yoxlamasına başlanacağına ümid edirik”, - deyə o bildirib.
Xatırladaq ki, bu gün MHM-in artıq keyfiyyət menecmentinin idarəetməsi üzrə beynəlxalq sertifikatı var, bu audit isə mərkəzə məlumat təhlükəsizliyi üzrə sertifikat almağa imkan verəcək.
Aynur Vəliyeva
Məlumat Hesablama Mərkəzi “ISO 27001” standartına uyğunluq üzrə auditi bu il həyata keçirmək niyyətindədir
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) “ISO 27001” informasiya təhlükəsizliyi beynəlxalq standartı üzrə sertifikat almaq istiqamətində işləri davam etdirir.
MHM-in direktoru Nail Mərdanovun “ICTnews” elektron xəbər xidmətinə verdiyi məlumata əsasən, hazırda mərkəzdə beynəlxalq təhlükəsizlik standartına uyğunluq üzrə daxili audit keçirilir.
“Daxili auditi başa çatdırmaq üçün biz əlavə avadanlıqlar almalıyıq və bundan sonra cari ilin sonuna kimi bu prosesi başa çatdırmağı planlaşdırırıq. Ümumiyyətlə, “ISO 27001” informasiya təhlükəsizliyi beynəlxalq standartı üzrə sertifikasiya prosesi çox mürəkkəb və uzunmüddətli bir layihədir və adətən 1-1,5 il davam edə bilər. Biz gələn ildən sertifikasiya öncəsi keçiriləcək beynəlxalq auditor yoxlamasına başlanacağına ümid edirik”, - deyə o bildirib.
Xatırladaq ki, bu gün MHM-in artıq keyfiyyət menecmentinin idarəetməsi üzrə beynəlxalq sertifikatı var, bu audit isə mərkəzə məlumat təhlükəsizliyi üzrə sertifikat almağa imkan verəcək.
Aynur Vəliyeva
Baxış sayı: 1030
© İstifadə edilərkən İctnews-a istinad olunmalıdırOxşar xəbərlər
- Azərbaycanda telefon şəbəkəsinin tam elektronlaşdırılması vaxt hesabı ilə edilən ödəniş sisteminin tətbiqini tezləşdirə bilər
- Ermənilərin peykimiz haqda iddiaları əsassızdır
- Azərbaycan Respublikası Prezidentinin Fərmanı
- RİTN-də dövlət orqanlarının elektron xidmətlər göstərməsi müzakirə olunub
- “Microsoft” şirkəti ilə saziş imzalanıb
- Bakıda yeni universal taksofonlar qurulacaq
- “AzDataKom” şəbəkəsinin qurulması başa çatmaq üzrədir
- Qediyyatdan keçməyən radioelektron vasitələr
- Milli radiomonitorinq şəbəkəsi yaradılır
- Simsiz telefon Naxçıvanın 80%-dən çox ərazisini əhatə edir
- ABŞ-ın Dövlət katibinin köməkçisi “BakuTel” sərgisində iştirak edəcək
- Rabitə üzrə Qara Dəniz və Xəzər Tənzimləyici Konfransı başa çatdı
- “Amerika və Azərbaycan üçün biznes imkanları”
- Azərbaycan kibercinayətkarlıq üzrə beynəlxalq konfransda təmsil olunub
- Bakının elektronlaşdırılması başa çatdı