12px13px15px17px
Tarix:14/10/13

İnformasiya Kommunikasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu ilk qrant müsabiqəsini noyabrda elan edəcək


Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi  tabeliyində İnformasiya Kommunikasiya Texnologiyalarının (İKT) İnkişafı  Dövlət Fondu ilk qrant müsabiqəsini yaxın bir ay ərzində elan etmək niyyətindədir.

“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, hazırda fondun gələcək fəaliyyətini tənzimləyəcək sənədlərin qəbul edilməsi istiqamətində işlər aparılır.

Rabitə və informasiya texnologiyaları nazirinin müavini və fondun Müşahidə Şurasının sədri Elmir Vəlizadənin sözlərinə əsasən, noyabr ayının ortalarınadək ilk qrant müsabiqəsinin elan edilməsi nəzərdə tutulub, lakin bundan öncə müvəkkil banklar seçilməlidir.

Qeyd edək ki, ötən həftə fondun Müşahidə Şurasının növbədən kənar iclasında onun fəaliyyətini  tənzimləyən əsas altı sənəd təqdim edilib.

Müsabiqədə üstünlük verilən layihələr yeni innovativ məhsulların və infrastrukturun, GRİN texnologiyaların yaradılmasını, İKT və internet xidmətlərinin inkişafını nəzərdə tutan layihələr olacaq. Fondun yaradılmasının əsas məqsədi İKT sahəsinin inkişaf etdirilməsidir və artıq   ilk nəticələrin  birinci üç il ərzində özünü göstərəcəyi ehtimal edilir.

Aynur Vəliyeva
 



Baxış sayı: 1187

© İstifadə edilərkən İctnews-a istinad olunmalıdır

Facebook Google Favorites.Live BobrDobr Delicious Twitter Propeller Diigo Yahoo Memori MoeMesto






22 Noyabr 2024

21 11 2024